Rusiya ATƏT-in Minsk qrupunun buraxılmasını dəstəkləyir

Rusiya ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı Azərbaycan və Ermənistanın birgə qərarını dəstəkləyir.

RBC xəbər verir ki, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupun 2025-ci ilin dekabrına qədər tam ləğv edilməsi planlaşdırılır: “Burada söhbət üç institutun – Minsk qrupunun, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun işinə xitam verilməsindən gedir”.

Lukaşeviç Minsk qrupunun saxlanmasının məqsədəuyğun olmaması ilə bağlı Azərbaycan və Ermənistanın mövqeyini nəzərə alaraq, onun ləğvinin qarşısını almaq üçün heç bir əsas görmədiklərini qeyd edib.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun sözlərinə görə, Minsk Qrupunun ləğvi barədə 1 sentyabrda qərarın qəbulu gözlənilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.