“Rusiya Ukraynaya qarşı ərazi tələblərini yumşaldıb” –HAKAN FİDAN

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyanın mümkün sülh danışıqlarında Ukraynaya qarşı ərazi tələblərini yumşaltdığını deyib.

AzPost bildirir ki, nazirin sözlərinə görə, Moskva əvvəlcə Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinə tam nəzarət etməkdə israr edirdi. Lakin indi ilkin razılığa əsasən, Kreml Donetsk vilayətinin bir hissəsi istisna olmaqla, hazırkı cəbhə xəttində öz mövqelərini möhkəmləndirməyə razılaşıb.

Fidan aydınlaşdırıb ki, söhbət Ukraynanın nəzarətində olan Donetsk vilayətinin qalan 25-30%-nin Rusiyaya verilməsindən, eləcə də Rusiyanın Xerson və Zaporojye vilayətlərində mövcud mövqelərinin saxlanılmasından gedir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.