İrandan 2 milyona yaxın Əfqanıstan vətəndaşı çıxarılıb

Ötən 1 il ərzində İrandan 1,83 milyon Əfqanıstan vətəndaşı çıxarılıb.

Trend-in məlumatına görə, bunu İranın daxili işlər nazirinin müşaviri və Əcnəbi Vətəndaşlar və Miqrantların Məsələləri üzrə Mərkəzin direktoru Nadir Yarəhmədi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, təkcə 21 martdan bəri ölkədən 1,2 milyon miqrant çıxarılıb.

Yarəhmədi qeyd edib ki, minimum 800 min Əfqanıstan vətəndaşının da növbəti mərhələlərdə ölkədən çıxarılması nəzərdə tutulub.

Nazir müavini deyib ki, ölkədə 6,3 milyon miqrantların təxminən 3,15 milyon nəfəri ölkədən çıxarılmalıdır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.