Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Leonardo da Vinçinin ürək rəsmlərindəki 500 illik sirr açıldı

User 07 Sentyabr 2025 - 11:36 (Last updated: 07 Sentyabr 2025 - 09:45)
da vinci urek
Müasir texnologiyalar dahi Leonardo da Vinçinin (Leonardo da Vinci) əsrlərdir alimləri düşündürən sualına cavab verib. Onun ürəyin daxili divarlarında təsvir etdiyi mürəkkəb əzələ şəbəkəsi – trabekulların funksiyası və əhəmiyyəti nəhayət ki, aydınlaşdırılıb.
Yarpaq.Az xəbər verir ki, Da Vinçi əsrlər əvvəl bu strukturları ətraflı şəkildə çəkmiş, onların qan dövranında rol oynaya biləcəyini ehtimal etmişdi. Lakin əsrlər boyunca trabekulların funksiyası müəmmalı qalmışdı.
“Nature” jurnalında dərc olunmuş son araşdırma, MRT texnologiyası, fraktal analiz və genetik tədqiqatların köməyi ilə trabekulların ürəyin fəaliyyətində həlledici rol oynadığını sübut edib.
Məqalədə alimlər bildirirlər ki, trabekullar sadəcə embrion inkişafının qalığı deyil, əksinə, qan axınının səmərəliliyinə təsir göstərərək ürəyin işini tənzimləyir. Onlar embrionun erkən mərhələsində formalaşır və sonradan ətrafında əzələ toxuması inkişaf edir. Araşdırma göstərib ki, trabekulların quruluş xüsusiyyətləri ürək çatışmazlığı və aritmiyalar kimi xəstəliklərə genetik meyilliliyi müəyyən edə bilər.
Alimlər fraktal nəzəriyyədən istifadə edərək trabekulların mürəkkəb, ağac budaqlarına bənzər quruluşunu öyrənib. Bu metod sağlam və xəstə ürək toxumalarının fərqləndirilməsinə imkan yaradıb.
Tədqiqatın nəticələrinə görə, trabekulların genetik əsaslarının öyrənilməsi gələcəkdə hədəfli terapiya üsullarının inkişafına, ürək xəstəliklərinin qarşısının alınmasına və müalicəsinə yeni imkanlar açacaq.

AzPost.az

Post navigation

Previous: ABŞ ilə nüvə danışıqları davam edir
Next: Tarantino ən yaxşı 3 filminin adını çəkib

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.