Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Bakıda böyüyən, camış görməyən keçmiş qaçqın necə fermer ola bilər? –

User 07 Sentyabr 2025 - 13:19 (Last updated: 07 Sentyabr 2025 - 13:20)
natiq ceferli
“Son 5 ildə Azərbaycanda iribuynuzlu mal-qaranın və keçi-qoyunların sayı hər il azalaraq ən aşağı həddə düşüb. Rəsmi rəqəmlər deyir ki, ölkədə iribuynuzlu mal-qara, qoyun-keçi sayı sürətlə azalır, təbii ki, qiymətlər də eyni sürətlə artır”.
AzPost bildirir ki, bu sözləri REAL Partiyasının sədri Natiq Cəfərli bazarda ət qiymətlərinin bahalaşması ilə bağlı məlumatları şərh edərkən deyib.
2025-ci ilin yanvarın 1-nə ölkədə olan iribuynuzlu mal-qaranın sayı 2 milyon 465,6 min baş təşkil edib. 2020-ci il yanvarın 1-nə isə ölkədə mal-qara sayı 2 milyon 646,6 min baş olub. Yəni, son 5 ildə iribuynuzlu mal-qara sayı 181 min baş azalıb. 2025-ci il yanvarın 1-nə ölkədə olan qoyun-keçilərin sayı 6 milyon 896,5 min baş təşkil edib, 2020-ci il yanvarın 1-nə isə onların sayı 8 milyon 189,2 min baş olub. Yəni, son 5 ildə qoyun-keçi sayı 1 mln. 297 min 700 baş azalıb.
Rəsmi rəqəmlər deyir ki, ölkədə iribuynuzlu mal-qara, qoyun-keçi sayı sürətlə azalır.
N. Cəfərlinin sözlərinə görə, bu azalma ölkədə  yem bazası daralması ilə bağlıdır:
“Son 10 ili götürsək, iribuynuzluların sayı 250 minə yaxın, xirdabuynuzluların sayı isə 1 mln. 770 minə yaxın azalıb. Örüş yerləri, yem bazasını təşkil edən torpaqlar pambıq əkininə ayrıldı. Nəticədə yem bahalaşdı, örüş yerləri azaldı, bu da mal-qara, qoyun-keçi sayına kəskin təsir etdi”.
REAL sədrinin fikrincə, hökumətin təşviq siyasəti bərbaddır, fermerlərə, mal-qara saxlayan insanlara doğru-düzgün yardımlar edilmir.
Partiya sədri bəzi məmurlar regionlarda əraziləri zəbt etməkdə, fermerlərə, kəndlilərə normal işləmək üçün şərait yaratmamaqda ittiham edib.
N.Cəfərli hökuməti  aşırı tənzimləməyə meyillilikdə günahlandırıb: “Hökumətin AQTA və s. kimi tənzimləyici orqanları qiymətlərin qalxmasında ciddi “paya” malikdirlər. Bundan başqa, “qlobalist elita” dünyada uzun illərdir ki, mal-qara, qoyun-keçi düşmənçiliyi edir, güya, onlarin iqlim dəyişikliklərində ciddi “payı” var. “Anti mal-qara” kompaniyası 10-15 ildir gedirdi, indi bir az səngiyib. Bizim hökumət o “damardan” girib, amma, vəziyyətin indi dəyişdiyini, ağla, məntiqə söykənən əsl konservativ, sağlam baxışların yavaş-yavaş dünyada hakim olduğunu tuta bilmir”.
N.Cəfərlinin sözlərinə görə, işğaldan azad edilmiş torpaqlar- Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları maldarlığın inkişafı üçün yeni motor olmalıdır: “Amma ola bilmir. Çünki, məskunlaşma və əhalinin məşğulluğu siyasəti doğru deyil. Hökumət çalışır ki, 35 ildir Sumqayıtda yaşayan qubadlılı qardaş-bacımızı öz rayonlarına köçürsün, onlar da orda inək-camış saxlasınlar. Olmur belə. Bu gün 40 yaşlı (hələ cavanları demirəm) qubadlılı qardaşım 35 ilini asfaltda böyüyüb, camış zad görməyib. İndi o bu yaşdan sonra necə maldarlıqla məşğul olan fermer olsun?!”
Partiya sədri qeyd edib ki, amma aran Qarabağda onillərlə, bəlkə də, yüzillərlə bu işlə məşğul olan insanlar, ailələr var. Onlardan kim arzu etsə, dərhal öz fermaları ilə birgə Qarabağa, Şərqi Zəngəzura köçmələrinə şərait yaradılmalıdır.

AzPost.az

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: “Belə olmaz, yoldaş!” –

Oxşar xəbərlər

zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.