Ceyhun Bayramov Qətər sammitində çıxış etdi –Fələstinlə bağlı nə deyib?

15 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən Fövqəladə Ərəb-İslam Sammitində iştirak və çıxış edib.

AzPost bildirir ki, bu barədə XİN məlumat yayıb.

Çıxışda Qətərə edilən son hava hücumunun dərin narahatlıq doğurduğu bildirilib, Qətərin suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə olunub. Beynəlxalq hüququn və BMT Nizamnaməsinin prinsiplərinə sadiq qalaraq gərginliyin daha da dərinləşməməsinə çağırış edilib.

Qəzza bölgəsindəki mövcud vəziyyətin aradan qaldırılması xüsusunda Qətərin vasitəçilik səyləri yüksək qiymətləndirilib, tərəflər arasında danışıqların bərpasının və daimi atəşkəsə nail olunmasının zəruriliyi vurğulanıb.

Ümumilikdə Fələstin məsələsi kontekstində ölkəmiz tərəfindən “iki dövlət” prinsipinin rəhbər tutularaq, beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həll variantının dəstəkləndiyi bir daha diqqətə çatdırılıb.

Regiondakı böhranın həlli istiqamətində sülh təşəbbüslərindən əlavə, humanitar yardım səylərinin əhəmiyyəti qeyd olunub.

Bu çərçivədə, Azərbaycanın qardaş Fələstin xalqına öncəki illər ərzində dəstəyinin davamı olaraq, eskalasiyanın başladığı 2023-cü ildən etibarən 2 milyon ABŞ dolları həcmində humanitar yardımın ayrıldığı bildirilib. Bundan əlavə, ölkəmiz tərəfindən Fələstinə təhsil və səhiyyə sahələri üzrə dəstək layihələrinin həyata keçirildiyi çıxışda qeyd olunub.

 

**

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Dohada keçirilən Fövqəladə Ərəb-İslam Zirvə Toplantısında çıxış edib.

AzPost bildirir ki bu barədə nazir paylaşımında bildirib.

“Bu ölkəyə edilən son hava hücumu fonunda Azərbaycanın Qətərin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqlədim. Həmçinin İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquqa əsaslanaraq həlli ilə bağlı mövqeyimizi təkrarladıq. Azərbaycan Fələstin xalqına humanitar yardımla bağlı mövqeyində qətiyyətli mövqe tutur və belə də qalacaq”- deyə C.Bayramov bildirib.

 

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.