Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Zərdabda müəllim məktəbə 6 övladı ilə birgə getdi –

User 15 Sentyabr 2025 - 21:31 (Last updated: 16 Sentyabr 2025 - 13:04)
muellim ovladları

Zərdabda bu gün ilk dərs günü bir ailədən 6 uşaq məktəbə gedib.

AzPost bildirir ki, bu barədə rayonun səhifəsində məlumat verilib.

Zərdabın Sarıqaya kəndində bir ailədən 6 uşaq -4 qız 2 oğlan dərsə yola düşüb.

Bu uşaqlar Sarıqaya kənd orta məktəbinin müəllimi Amil Mustafayevin övladlarıdır. Onun 7 övladı var.

**

AzPost-un yaydığı məlumatan sonra Sarıqaya kənd orta məktəbində müəllim işləyən Amil Mustafayev Modern.az-a açıqlama verib.

O, övladlarının təhsilinə xüsusi diqqət yetirdiyini bildirib:

“İnsanın həyatda daşıdığı ən böyük məsuliyyət onun övladlarıdır. Bu məsuliyyəti dərindən dərk edən bir valideyn kimi, mən də övladlarımın təlim-tərbiyəsi və inkişafı üçün əlimdən gələn hər şeyi edirəm. Özüm də onların təhsil aldığı məktəbdə çalışıram. Anaları da müəllimədir. Bu da bizə övladlarımızın təhsilinə daha yaxından nəzarət etməyə imkan yaradır”.

Amil Mustafayevin sözlərinə görə, hazırda onların 7 övladı var. Onlardan biri məktəbəqədər hazırlıq mərhələsindədir. Digər 6-sı isə orta məktəbə gedir:

“Övladlarımızdan biri bu il 1-ci sinifə başlayıb. Digəri 3-cü sinifdə, ikisi isə 5-ci sinifdə təhsil alır. Bir övladımız da 7-ci sinifdə oxuyur. 5-ci sinifdə oxuyan uşaqlarımızdan ikisi əslində 4-cü sinifdə oxumalı idilər, lakin fitri istedadlarına görə birbaşa 5-ci sinifdə oxuyurlar”.

A.Musafayev ailə olaraq heç bir maddi çətinliklərinin olmadığını və övladlarının təhsili üçün bütün şəraitin mövcud olduğunu deyib:

“Övladlarımız yalnız ümumi təhsillə kifayətlənmir, eyni zamanda musiqi ilə də məşğul olurlar. Onlardan biri fortepiano çalır, biri xanəndəliklə məşğuldur, digəri isə kamança ifa edir. Dörd övladımız hazırda musiqiylə məşğuldur”.

O bildirib ki, həm dərslərində, həm də davranış baxımından uşaqları məktəbdə nümunəvi şagirdlər hesab olunurlar:

“Yoldaşım xanəndədir və dərslərdən sonra günün ikinci yarısında övladlarımızla birgə musiqi məşğələlərinə vaxt ayırır. Evdə musiqiyə olan isti münasibət uşaqlarımızın yaradıcılıq qabiliyyətlərini üzə çıxarır və onların inkişafında mühüm rol oynayır”.

 

AzPost.az

Post navigation

Previous: Ceyhun Bayramov Qətər sammitində çıxış etdi –
Next: İslam ölkələri İsrailin BMT-yə üzvlüyünün dondurulmasını tələb edir

Oxşar xəbərlər

1704954558_telebe1
  • Sosial

Kolleclərə qəbul dayandırılır – Universitetlərə birləşdirilir

User 20 Noyabr 2026 - 16:44
yalanci
  • Sosial

Etibarsız insanın 4 əlaməti – Bu davranışlara diqqət edin

User 20 Noyabr 2026 - 16:29
surusme01
  • Sosial

“Badamdarda sürüşmə ərazisini tərk edin!” – İcra hakimiyyətindən sakinlərə çağırış

User 20 Noyabr 2026 - 15:21

xƏBƏR

S400
  • Dünya

Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı

User 20 Noyabr 2026 - 23:10
Rusiya Türkiyənin S-400 zenit-raket komplekslərini üçüncü ölkəyə satmaq ehtimalı ilə bağlı Ankara ilə dialoqun sakit və qarşılıqlı...
Read more about Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı
Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur futbol siya
  • İdman

Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur

User 20 Noyabr 2026 - 22:48
İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı olum vefat
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı

User 20 Noyabr 2026 - 20:00
Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma Pəhriz
  • Maraqlı

Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma

User 20 Noyabr 2026 - 19:45
ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır Avropa
  • Dünya

ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır

User 20 Noyabr 2026 - 19:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.