Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Polşa prezidenti 1 trilyon avro təzminat istədi, Almaniya rədd etdi

User 16 Sentyabr 2025 - 20:46 (Last updated: 16 Sentyabr 2025 - 20:46)
polsa almaniya prez

Polşa Prezidenti Karol Navrotskinin Berlinə ilk rəsmi səfəri Almaniya-Polşa münasibətlərində həssas mövzuların gündəmə gətirilməsi ilə yadda qalıb.

“Spiegel” qəzeti xəbər verir ki, Polşa Prezidenti Almaniyadan İkinci Dünya müharibəsinin fəsadlarına görə 1,3 trilyon avro məbləğində təzminat tələb edib. Lakin Almaniya rəhbərliyi bu tələbi qəti şəkildə rədd edərək, bunun hüquqi baxımdan bağlanmış mövzu olduğunu bəyan edib.

Prezident Frank-Valter Ştaynmayer də mövqeyini sərt şəkildə ifadə edərək bu məsələnin Almaniya baxımından hüquqi cəhətdən yekun olaraq həll edildiyini bildirib. Bununla belə, xatirə və anım fəaliyyətlərinin təşviqinin ortaq məqsəd olaraq qalacağı diqqətə çatdırılıb.

Federal Kansler Fridrix Merz də Polşa Prezidentinin tələbinin qəbuledilməz olduğunu bildirib, Almaniyanın mövqeyinin dəyişmədiyini vurğulayıb. Kansler Almaniya ilə Polşa arasında təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətini ön plana çəkərək, Rusiya təhlükəsi fonunda Berlinin Varşavaya dəstəyinin davamlı olacağını bəyan edib. F.Merts Almaniyanın Polşanın yanında möhkəm və sarsılmaz şəkildə dayandığını, NATO-nun şərq cinahının və Baltik regionunun müdafiəsinin prioritet olduğunu qeyd edib.

K.Navrotski Berlinə səfərindən əvvəl “Bild” qəzetinə açıqlamasında təzminat məsələsinin hüquqi baxımdan yekunlaşmadığını, Almaniya Kansleri və Prezidenti ilə razılığa gələcəyinə əminliyini bildirmişdi. O, ölkəsinin 1,3 trilyon avroluq tələbinin dərin və elmi əsaslara söykənən yeganə rəqəm olduğunu ifadə etmişdi.

AzPost.az

Post navigation

Previous: Putin təlimə hərbi formada gəldi –
Next: İsrail Qəzzanı ələ keçirmək üçün quru əməliyyatına başlayıb

Oxşar xəbərlər

orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
rus seir
  • Dünya

Rusiyanın ABŞ-dakı səfiri qəflətən vəfat edib

User 11 Noyabr 2026 - 21:05

xƏBƏR

orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
Macarıstan məhkəməsi ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı Aron Orbanın həbsinə qərar verib. “Magyar Nemzet”...
Read more about Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi
Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə meyveler
  • Maraqlı

Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə

User 11 Noyabr 2026 - 22:05
Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi usaq telefon esas
  • Maraqlı

Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi

User 11 Noyabr 2026 - 21:55
İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.