Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

Baku Electronicsdən aldığı kondisioner 2 ayda xarab oldu

Orkhan Ali 22 Sentyabr 2025 - 08:46 (Last updated: 22 Sentyabr 2025 - 08:19)
Baku electronics

Baku electronics

Bakıda yaşayan vətəndaş “Baku Electronics” mağazasından aldığı kondisionerlə bağlı ciddi narazılıq edib. AzPost xəbər verir ki, onun sözlərinə görə, iyul ayında şirkətdən aldığı iki ədəd “Bosch” markalı kondisionerin biri normal işləsə də, digəri istifadənin ilk aylarında fan səsi problemi yaradıb.

Şikayətçi bildirib ki, məsələ ilə bağlı servisə müraciət etsə də, əməkdaşlar peşəkar yanaşma göstərməyiblər:
“Cəmi 2 ay işləyən kondisionerin barabanının guya yuyulmalı olduğunu dedilər. Halbuki, bu qədər qısa müddətdə belə nasazlıq yaranması mümkün deyil. Bundan əlavə, əməkdaşlar kobud davranır, səbəbi araşdırmadan isə 25 manat ödəniş tələb etdilər”.

Məsələ ilə bağlı “Baku Electronics” şirkəti də açıqlama yayıb. Rəsmi cavabda qeyd olunub ki, hadisə araşdırılacaq və müştəridən məhsulu alan şəxsin əlaqə məlumatlarının təqdim olunması xahiş edilib. Şirkət vəd edib ki, müraciətə baxıldıqdan sonra ən qısa zamanda vətəndaşla əlaqə saxlanılacaq.

Qanunvericiliyə görə, istehlakçı aldığı məhsulun keyfiyyəti ilə bağlı narazılıq yarandıqda ödəniş tələb edilmədən zəmanət xidməti almaq hüququna malikdir. Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 15-ci maddəsinə əsasən, zəmanət müddəti ərzində məhsulda yaranan nasazlıqlar satıcı və ya istehsalçı tərəfindən ödənişsiz aradan qaldırılmalıdır.

Ekspertlər bildirirlər ki, belə hallarda vətəndaşların İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmək hüququ var. Əgər servis ödəniş tələb edirsə və ya problemi həll etmirsə, alıcı qanunla həm məhsulun dəyişdirilməsini, həm də ödənilən pulun geri qaytarılmasını tələb edə bilər.

Mütəxəssislər istehlakçılara tövsiyə edir ki, bu cür hallarda hüquqlarını tələb etsinlər və şirkətlərin əsassız ödəniş tələblərini qəbul etməsinlər.

AzPost.az

Post navigation

Previous: Kim Çen In: “KXDR nüvə silahından imtina etməyəcək”
Next: Dietoloq makaron haqqında yanlış fikirləri təkzib etdi

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.