Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

NATO Rusiyaya xəbərdarlıq edib

User 23 Sentyabr 2025 - 17:40 (Last updated: 23 Sentyabr 2025 - 16:52)
nato bas katib

NATO Estoniyanın hava məkanının pozulmasına görə Rusiyaya xəbərdarlıq edib.

Brüsseldə keçirilmiş məsləhətləşmələrdən sonra Alyansa üzv olan 32 dövlətin birgə bəyanatında qeyd edilib: “Rusiya bilməlidir ki, NATO və müttəfiqləri beynəlxalq hüquq çərçivəsində özünü müdafiə etmək və bütün istiqamətlərdən gələn təhdidləri dəf etmək üçün bütün zəruri hərbi və qeyri-hərbi vasitələrdən istifadə edəcək. Biz cavabımızı istədiyimiz formada, vaxtda və sahədə verəcəyik”.

Bəyanatda qeyd olunub ki, bu pozuntu Rusiyanın məsuliyyətsiz davranışlarının geniş tendensiyasının bir hissəsidir. Sentyabrın 10-da Polşa hava məkanının Rusiya dronları tərəfindən kütləvi şəkildə pozulduğu, Finlandiya, Latviya, Litva, Norveç və Rumıniya da daxil olmaqla bir sıra müttəfiqlərin hava məkanlarının son dövrlərdə Rusiya tərəfindən pozulması vurğulanaraq NATO-nun hava məkanı pozulmuş bütün müttəfiqlərlə tam həmrəylik nümayiş etdirdiyi bildirilib. “Rusiya bu hərəkətlərin bütün məsuliyyətini daşıyır, bu cür davranışlar eskalasiyaya səbəb olur, səhv hesablamalara yol açır və insan həyatını təhlükəyə atır. Bu fəaliyyət dərhal dayandırılmalıdır”, – deyə bəyanatda qeyd edilib.

NATO-nun Rusiya tərəfindən göstərilən məsuliyyətsiz davranışlara qarşı cavabının qətiyyətlə davam etdiriləcəyinin vurğulandığı bəyanatda Alyansın “Şərq Keşikçisi” əməliyyatını başlatdığı qeyd olunub: “Biz öz imkanlarımızı möhkəmləndirəcək, həmçinin effektiv hava müdafiəsi vasitəsilə nüfuz və müdafiə potensialımızı artıracağıq”.

AzPost.az

Post navigation

Previous: Suriyada yeni parlament formalaşdırılacaq
Next: “Qəbələ Şərabları”nın 102 min vergi borcu var

Oxşar xəbərlər

abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00

xƏBƏR

abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Səudiyyə Ərəbistanı və Türkiyə ABŞ prezidenti Donald Trampı İranla bağlı diplomatik səylərə daha çox vaxt ayırmağa çağırıb....
Read more about İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
Ərdoğan Zelenskini qəbul edib erdoqan zelenski
  • Dünya

Ərdoğan Zelenskini qəbul edib

User 31 Oktyabr 2026 - 18:00
İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır IRAN RAKET
  • Dünya

İran genişmiqyaslı cavab zərbəsi endirməyə hazırlaşır

User 31 Oktyabr 2026 - 15:32
Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.