Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Müxtəlif dinlərə mənsub şəhidlərin dəfnində fərq qoymadan iştirak etdik

User 24 Sentyabr 2025 - 12:19 (Last updated: 24 Sentyabr 2025 - 12:19)
seyx anim ted

“Müxtəlif dinlərə mənsub şəhidlərin dəfn mərasimlərinə birgə qatıldıq, müsəlman, katolik, pravoslav, yəhudi – fərq qoymadan birlikdə iştirak etdik”.

Bunu QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsində Anım Gününün 5-ci ildönümünə həsr edilən tədbirdə deyib.

“İstər Vətən müharibəsi günlərində, istərsə də mübarək Zəfərimizdən sonra biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya başçıları dəfələrlə onlayn və bilavasitə görüşərək II Qarabağ savaşının müqəddəs amalları barədə ətraflı bəhs etmiş, haqq mücadiləmiz barədə dünya ictimaiyyətinə geniş məlumatların çatdırılması yönündə əlimizdən gələni əsirgəməmişik. Erməni tərəfinin müharibə cinayətləri, xalqımıza qarşı həyata keçirdiyi qeyri-insani əməllər haqqında, yaydıqları dezinformasiyaları və məkrli ittihamları ifşa etmək üçün əməkdaşlıq etdiyimiz bütün dini mərkəz və beynəlxalq qurumlarla intensiv iş apardıq. Fəxarət doğurucu haldır ki, möhtərəm dövlət başçımız İlham Əliyev cənabları mədəniyyət paytaxtımız Şuşanın Cıdır düzündə etdiyi tarixi çıxışı zamanı Qarabağ Zəfərinə Azərbaycanın din xadimlərinin, dindarların töhfəsini xüsusi qeyd etdi, fəaliyyətimizi yüksək dəyərləndirdi. Bu gün də Azərbaycandakı katoliklər, pravoslavlar, yəhudilər, alban-udilər müsəlmanlarla bərabər Vətən şəhidlərinin ailələrini diqqət və qayğı ilə əhatə edirlər, onların xatirələrini layiqli şəkildə anırlar. Bizim bu birliyimiz heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsidir və multikultural ənənələrimiz sayəsində Azərbaycan dövlətinin qüdrəti hər zaman qələbələrlə davam edəcək”, – QMİ sədri vurğulayıb.

AzPost.az

Post navigation

Previous: Gədəbəydə müəllimləri daşıyan mikroavtobus aşıb
Next: Qadınların ən çox bəyəndiyi kişi ətirlərini açıqlandı

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

zengilan
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda

User 06 Noyabr 2026 - 14:31
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci...
Read more about Prezident və birinci xanım Zəngilanda
ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
Bakıda ev almadan əvvəl bu xəritəyə baxın – Qiyməti də, tıxacları da göstərəcək prayk
  • Sosial

Bakıda ev almadan əvvəl bu xəritəyə baxın – Qiyməti də, tıxacları da göstərəcək

User 06 Noyabr 2026 - 13:31
Lotereyada 847 milyon dollar uddu – Pulu 29 ilə alacaq? lotereya
  • Maraqlı

Lotereyada 847 milyon dollar uddu – Pulu 29 ilə alacaq?

User 06 Noyabr 2026 - 13:23
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.