Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Həbs

Həbs

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Məlumata görə, prokurorluq və daxili işlər orqanları, o cümlədən Bakı şəhəri Nəsimi rayon prokurorluğu və rayon polis idarəsi tərəfindən peşəkar şəkildə birgə həyata keçirilmiş kompleks istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində əvvəlki illərdə törədilmiş daha bir xüsusilə ağır cinayətin üstü açılıb.

Belə ki, 7 oktyabr 2002-ci il tarixdə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) inzibati binasının həyətində mühafizəçi Məhəmmədəli Məhərrəmovun kəsici-deşici alətlə qəsdən öldürülməsi, ali tədris müəssisəsinin inzibati binasından müxtəlif əşyaların oğurlanması faktına dair Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin icraatı təzələnərək çoxsaylı prosessual hərəkətlər icra olunub.

Həyata keçirilən tədbirləri nəticəsində əldə olunan dəlillərin təhlili nəticəsində qeyd olunan cinayətin həmin ali tədris müəssisəsindən 1997-ci ildə xaric olunmuş, əvvəllər müxtəlif cinayətlərə görə bir neçə dəfə məhkum olunmuş, 1979-cu il təvəllüdlü Cahangirov Vüqar Rəhim oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Vüqar Cahangirov cari il noyabrın 4-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulub, noyabrın 6-da isə Cinayət Məcəlləsinin 120.2.3, (zərərçəkmiş şəxsi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.5 (tamah məqsədilə qəsdən adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə məqsədi ilə qəsdən adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əvvəlki illərdə törədilmiş və bağlı qalmış cinayətlərin açılması, həmin əməlləri törətmiş şəxslərin müəyyən edilərək qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə prokurorluq tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər davam etdirilir.

AzPost.az

Post navigation

Previous: Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi
Next: Prezident və birinci xanım Zəngilanda

Oxşar xəbərlər

Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44
Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23

xƏBƏR

Boşanma
  • Sosial

Evliliyi səssizcə dağıdan 5 vərdiş – Cütlüklər bu səhvləri vaxtında görməlidir

User 06 Noyabr 2026 - 14:52
Münasibətlərdə ayrılıq, adətən, qəfil baş vermir. Çox vaxt bu, zamanla toplanan kiçik səhvlərin və vərdişlərin nəticəsi olur....
Read more about Evliliyi səssizcə dağıdan 5 vərdiş – Cütlüklər bu səhvləri vaxtında görməlidir
Trampın komandasında istefalar gözlənilir – Kimlər risk altındadır? tramp elcek
  • Dünya

Trampın komandasında istefalar gözlənilir – Kimlər risk altındadır?

User 06 Noyabr 2026 - 14:40
Prezident və birinci xanım Zəngilanda zengilan
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda

User 06 Noyabr 2026 - 14:31
ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.