Hindistan neftlə bağlı ABŞ-ın qarşısında şərt qoyub

Hindistan
Hindistan

Hindistan ABŞ-ın Rusiya neftinin idxalını dayandırması üçün şərtlər qoyub.

AzPost-un məlumatına görə, Hindistan ABŞ-a bildirib ki, İran və Venesueladan neft tədarükünə qoyulan qadağanın ləğvi Rusiyadan neft idxalını dayandırmaq üçün vacibdir.

Hindistan nümayəndə heyəti qlobal yanacaq bazarının əhəmiyyətli hissəsini tutan Rusiya, İran və Venesueladan eyni vaxtda neftdən imtinanın neft və neft məhsullarının qiymətlərinin kəskin artmasına səbəb ola biləcəyini vurğulayıb.

Hindistan rəsmilərinin fikrincə, İran və Venesuelaya qarşı sanksiyaların ləğvi Ağ Evin Rusiya neftinin idxalını dayandırmaq tələblərinin yerinə yetirilməsi üçün zəruri şərtdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.