Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Günəşin ətrafında yadplanetlilər fırlanır? –

User 26 Sentyabr 2025 - 12:27 (Last updated: 26 Sentyabr 2025 - 12:27)
gunes

Harvard Universitetinin astrofiziki Avi Ləb (Avi Loeb) növbəti dəfə müzakirələrə səbəb olacaq açıqlama ilə çıxış edib.

Azpost.info xəbər verir ki, alim Günəş sisteminə daxil olmuş 3I/ATLAS adlı kosmik obyektin kütləsi və ölçülərinin əvvəlki proqnozlardan xeyli böyük ola biləcəyini bildirib.

Onun hesablamalarına görə, 3I/ATLAS-ın nüvəsinin diametri 5 kilometrdən artıq, ümumi kütləsi isə təqribən 33 milyard ton təşkil edir. Bu göstəricilər obyektin daha əvvəl kəşf edilmiş iki ulduzlararası cisim – `Oumuamua (1I) və Borisov kometası (2I) ilə müqayisədə minlərlə dəfə daha böyük olduğunu göstərir.

Ləbin sözlərinə görə, bu obyektin daha dəqiq öyrənilməsi üçün Mars Reconnaissance Orbiter kosmik aparatı istifadə edilə bilər. Kometa yaxın illərdə Marsla nisbətən yaxın məsafədən keçəcək və bu, müşahidə üçün əlverişli imkan yaradacaq.

Xatırladaq ki, Avi Ləb daha əvvəl də cəsarətli hipotezlər irəli sürmüşdü. O, `Oumuamua obyektinin yadplanetlilər tərəfindən yaradılmış süni kosmik gəmi ola biləcəyini iddia etmişdi. Lakin həmin fikir elmi ictimaiyyət arasında geniş dəstək tapmamışdı.

Hazırda isə alim 3I/ATLAS-ın ölçülərinin və tərkibinin öyrənilməsinin astrofizika üçün mühüm nəticələr verə biləcəyini düşünür. Obyektin xüsusiyyətləri barədə dəqiq məlumatların əldə olunması üçün beynəlxalq elmi icma qarşıdan gələn müşahidələrə böyük ümid bəsləyir.

AzPost.az

Post navigation

Previous: Tramp və arvadı helikopterdə mübahisə etdilər –
Next: Sabah hava necə olacaq?

Oxşar xəbərlər

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
ayaq oynaq
  • Maraqlı

Oynaq ağrılarından qorunmaq üçün 6 faydalı qida – Mütəxəssislər tövsiyə edir

User 30 Oktyabr 2026 - 20:15

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.