Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimov və Vətən müharibəsi şəhidlərinin də dəfn edildiyi İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunur ki, bundan sonra həmin xiyaban Hərbi Memorial Məzarlıq adlanacaq.
Qeyd edək ki, Hərbi Memorial Məzarlıqda Birinci və İkinci Qarabağ müharibəsi, Aprel döyüşləri, antiterror əməliyyatları da daxil olmaqla digər əməliyyatlarda, helikopter qəzasında şəhid olmuş hərbi qulluqçular, Vətənə xidmətdə xüsusi fərqlənən generallar, zabitlər uyuyur.