III MDB Oyunları: Üç azərbaycanlı stolüstü tennisçi finalda- FOTO

Üç azərbaycanlı idmançı III MDB Oyunları çərçivəsində stolüstü tennis üzrə fərdi yarışların finalına vəsiqə qazanıb.
AzPost xəbər verir ki, stolüstü tennis yarışlarının ikinci günündə 2008 və 2011-ci il təvəllüdlü oğlanlar və qızlar arasında fərdi yarışların finalçıları müəyyənləşib. Adil Əhmədzadə və Mərziyyə Nurmətova (hər ikisi 2008-ci il təvəllüdlü), həmçinin Onur Quluzadə (2011-ci il təvəllüdlü) finala yüksəliblər. Final oyunları sentyabrın 29-da keçiriləcək.
Eyni zamanda, Yağmur Məmmədli (2011-ci il təvəllüdlü) yarımfinalda uduzaraq bürünc medalın sahibi olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.