Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Şou Biznes

Çin filmləri Hollivudu sıxışdırır –

User 30 Sentyabr 2025 - 13:41 (Last updated: 30 Sentyabr 2025 - 13:41)
asiya film

Son onilliklər ərzində Hollivud dünya kino sənayesinin mütləq lideri hesab olunurdu. Lakin Bloomberg analitiklərinin hesabatına görə, bu üstünlük artıq sarsılmağa başlayıb.

AzPost xəbər verir ki, Asiya, xüsusilə də Çin istehsalı olan filmlər qlobal bazarda Amerika blokbasterlərini sıxışdırır.

Simvolik dönüş nöqtəsi isə Çin istehsalı olan “Neçja Əjdaha Kralını məğlub edir” adlı animasiya filmi oldu. O, 2025-ci ildə 2 milyard dollardan çox gəlir əldə edərək ilin ən çox kassası toplayan filmi seçilib. Maraqlıdır ki, gəlirin 98 faizi yalnız Çin bazarından əldə olunub ki, bu da onu bir ölkədə ən çox izlənilən film rekorduna çıxarıb.

Məlumatlara görə, 20 il əvvəl dünya kassalarının 92 faizi Hollivud filmlərinə məxsus idisə, bu gün bu göstərici 66 faizə enib. Paralel olaraq Çin kinosu sürətli artım nümayiş etdirir. Ölkədə son on ildə kinozalların sayı dörd dəfə artaraq 90 min ekrana çatıb.

Ekspertlər hesab edir ki, ABŞ filmlərinin Çində nümayişi üçün kvotaların məhdudlaşdırılması, həmçinin yerli istehsalın keyfiyyətcə yüksəlməsi Hollivudun mövqeyini zəiflədir. Əgər Amerika studiyaları gəlirlərinin yarıdan çoxunu beynəlxalq satışdan əldə edirsə, Çin filmləri əsasən daxili auditoriyaya güvənir.

Bununla belə, Almaniya, Yaponiya və Fransa kimi ölkələr Hollywood ilə əməkdaşlıq və ortaq layihələr hesabına öz mövqelərini gücləndirirlər. Analitiklərin fikrincə, kino bazarında bu dəyişikliklər yeni “çoxqütblü dövrün” başlanğıcını göstərir və yaxın illərdə rəqabətin daha da kəskinləşəcəyi gözlənilir.

AzPost.az

Post navigation

Previous: Manikürdə istifadə olunan gellak sağlamlığa ziyandır? –
Next: Prezident və Mehriban Əliyeva Cabir İmanovla vida mərasiminə əklil göndərdi

Oxşar xəbərlər

svarstnegger stallone
  • Şou Biznes

Hollivudun iki nəhəngi niyə 20 il bir-birinə düşmən oldu? – Stallone sirri açdı

User 06 Noyabr 2026 - 12:35
sou esas
  • Şou Biznes

Musiqi platformaları müğənnilərə necə pul qazandırır?-

User 09 Oktyabr 2026 - 23:17
tacir
  • Şou Biznes

Tacir Şahmalıoğlu səhhətindən danışdı:

User 07 Oktyabr 2026 - 16:17

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.