Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Bakcell 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

User 01 Oktyabr 2025 - 14:45 (Last updated: 01 Oktyabr 2025 - 14:45)
637x400 (5)

İnnovasiya və sürət lideri Bakcell hədiyyələrlə bol süni intellekt əsaslı lotereyaya başladığını elan edir. 1 oktyabr – 31 dekabr tarixlərində keçiriləcək lotereyada Bakcell abunəçiləri hər gün “iPhone 17”, hər həftə “Zeekr 001” və sonda “Porsche Cayenne” avtomobili olmaqla, ümumilikdə 100-dən artıq prestijli hədiyyə qazanmaq imkanı əldə edirlər.

Abunəçilər Bakcell-in məhsul və xidmətlərindən istifadə edərkən avtomatik olaraq lotereyada iştirak şansı qazanırlar. Belə ki, Bakcell nömrəsinin mövcud balansından xərclənən hər 1 AZN istifadəçiyə 1 şans verir.

Eyni zamanda, nömrənin balansını artıran abunəçilərə əlavə şanslar da təqdim olunur. Balans 1 AZN – 4.99 AZN aralığında artırılan zaman abunəçilər hər 1 AZN üçün 1 şans, balans 5 AZN və ondan çox artırılan zaman isə hər 1 AZN üçün 2 şans qazanacaq. Məsələn, balans 7 AZN artırıldıqda iştirakçı 14 şans əldə edəcək.

Bundan əlavə, lotereyada abunəçilərin qalib olmaq şansını daha da artırmaq məqsədilə onlara xüsusi “Şans” paketləri təqdim olunur. Məsələn, 2 AZN-lik “Şans” paketinə 7 şans və 30 şəbəkədaxili danışıq dəqiqəsi daxildir. Hər bir “Şans” paketi ilə iştirakçılar əlavə şəbəkədaxili danışıq dəqiqələrindən də faydalana bilirlər. “Şans” paketləri barədə daha ətraflı məlumat ilə linkə keçid edərək tanış olmaq olar.

Qazanılan hər şans barədə abunəçiyə SMS vasitəsilə məlumat göndərilir. Hər bir lotereya iştirakçısı ümumi mövcud şans sayını Bakcell mobil tətbiqi və lotereya layihəsinin rəsmi internet səhifəsində şəxsi kabineti vasitəsilə izləyə bilər.
Qeyd edək ki, bu layihə Azərbaycanda süni intellekt əsaslı platforma üzərində qurulan ilk genişmiqyaslı lotereyadır.

Bakcell lotereya haqqında ətraflı məlumatı Bakcell-in rəsmi lotereya səhifəsindən əldə etmək mümkündür: lotereya.bakcell.com

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

 

AzPost.az

Post navigation

Previous: “2030-cu ilə qədər tam müdafiə gücü üçün plan hazırlayırıq” –
Next: Fərhad Əliyevin sabiq müşaviri İsveçrədə vətəndaşlıq aldı

Oxşar xəbərlər

dava
  • Media

Mətbuat Şurası məktəbdə media əməkdaşının döyülməsi ilə bağlı açıqlama yayıb

User 29 Oktyabr 2026 - 13:53
mikrosoft
  • Media

Microsoft 60 min əməkdaşı ixtisar edə bilər – Süni intellekt baha başa gəlir

User 27 Oktyabr 2026 - 11:48
1200x800 (11)
  • Media

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

User 26 Oktyabr 2026 - 11:46

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.