Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Dələduzlar iş adamı Əbülfəz Babayevin pulunu qaytardılar-

User 03 Oktyabr 2025 - 11:56 (Last updated: 03 Oktyabr 2025 - 11:56)
xəbərdarlıq edilib

xəbərdarlıq edilib

İş adamı Əbülfəz Babayevin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynovanın cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

AzPost APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə dəymiş 2 milyon 500 min manat dəyərindəki ziyanın Əbülfəz Babayevə tam ödənildiyi məlum olub.

O da əlavə olunub ki, zərərçəkmişlə barışıq əldə olunub və hazırda Ə.Babayevin şikayəti, tələbi yoxdur.

Prosesin davamında təqsirləndirilən şəxslər son söz deyib. Onlar özlərini təqsirli bilməyərək məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş ediblər.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Əliyar Abbasov və Xəyalə Hüseynovaya 10 il 6 ay, Ümid Abbasova 8 il 6 ay, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı və Ramal Əzimova isə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən Əliyar Abbasovun cəzası 3 il, digərilərinin cəzası 2 il sınaq müddəti seçilməklə şərti hesab olunub.

Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Əbülfəz Babayev “Olympus” şirkətlər qrupunun təsisçisidir. Bakı-Şamaxı yolunda “Lukoyl” yanacaqdoldurma məntəqəsinin sahibidir. Həmçinin bir çox tikinti layihələrində təsis payı var. İttihama görə, təqsirləndirilən şəxslər “ARB” televiziya şirkətinin də içərisində mövcud olduğu 5 mərtəbədən ibarət qeyri-yaşayış sahəsini satmaq adı ilə qabaqcadan əlbir olub zərərçəkənin 2 milyon 500 min manat pulunu ələ keçirib dələduzluq ediblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə), 193-1.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 228.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

AzPost.az

Post navigation

Previous: Dövlət Xidməti Azərbaycan qurumlarına kibertəhdidlə bağlı xəbərdarlıq edib
Next: Veysəloğlu Distribusiya Çində keçirilən beynəlxalq logistika konfransında iştirak edib

Oxşar xəbərlər

moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
salyan mekteb
  • Kriminal

Salyanda məktəbi yandırmağa cəhd edən şəxslər həbs edilib

User 30 Oktyabr 2026 - 12:54
DIN
  • Kriminal

Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı

User 30 Oktyabr 2026 - 10:53

xƏBƏR

mqer qriqoryan
  • Dünya

“Yaxın vaxtlarda Azərbaycanla sərhəd demarkasiyası davam etdiriləcək” – Mher Qriqoryan

User 02 Noyabr 2026 - 15:42
Ermənistan TRIPP layihəsi çərçivəsində Zəngəzurda, Sünik vilayətində dövlətlərarası avtomobil yolu, elektrik verilişi xətti və dəmir yolunun layihələndirilməsi...
Read more about “Yaxın vaxtlarda Azərbaycanla sərhəd demarkasiyası davam etdiriləcək” – Mher Qriqoryan
NASA 4 nəfəri bir il Marsda saxladı – Eksperimentin nəticələri təəccübləndirdi nasa01
  • Maraqlı

NASA 4 nəfəri bir il Marsda saxladı – Eksperimentin nəticələri təəccübləndirdi

User 02 Noyabr 2026 - 15:29
Meşəbəyi və direktor rüşvət ittihamı ilə saxlanıldı rusvet korup
  • Sosial

Meşəbəyi və direktor rüşvət ittihamı ilə saxlanıldı

User 02 Noyabr 2026 - 15:17
Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05
“Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun hesab edirik” – KREML putin
  • Dünya

“Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun hesab edirik” – KREML

User 02 Noyabr 2026 - 14:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.