Oktyabrın 29-da Azərbaycanda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 97 nəfər saxlanılıb. Onlardan 74-ü borclu şəxs qismində axtarışda olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması polis tərəfindən təmin edilib.
Axtarışda olan ümumilikdə 97 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 74-ü borclu şəxs qismində axtarışda olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkotiklərlə əlaqəli 13 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 2 fakt müəyyən edilib.
Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.
DİN-in məlumatına görə, oktyabrın 29-da ailə üzvlərinə məlumat vermədən yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarılan 13 nəfər də tapılıb. Onlar aidiyyəti üzrə təhvil veriliblər.
