Süni intellekt 2030-cu ilədək 300 milyon işçini əvəz edə bilər

süni intellekt
süni intellekt

Ekspertlər bildirirlər ki, süni intellekt alqoritmlərə əsaslanan işləri sürətlə öyrənir və 2030-cu ilədək 300 milyon insanı əvəz edə bilər. Bu, dünya əmək bazarının təxminən 9%-i deməkdir.

Xüsusilə mühasiblər, hüquqşünaslar, kassirlər, katiblər və sürücülər ilk sırada risk altındadır. Məsələn, sürücülər işlərini sürücüsüz avtomobillər səbəbindən itirə bilər.

Ekspertlər bildirirlər ki, sadə və rutin işlər yox olacaq, əvəzində yaradıcılıq və analitik bacarıqlar daha çox tələb olunacaq.

Həmçinin, ABŞ şirkətləri artıq giriş səviyyəli işlər üçün gəncləri işə götürməkdənsə, İİ-dən istifadə edir. Gələcəkdə İİ texnologiyalarını bilmək peşəkarlar üçün əsas bacarıq hesab olunacaq. /Banker)

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.