Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Kakao ürəyi və qan damarlarını necə qoruyur? –

User 07 Oktyabr 2025 - 10:30 (Last updated: 07 Oktyabr 2025 - 00:23)
kakao1

İsti kakao bəlkə də payızın ən yaxşı içkisidir. Sizi isidir, əhvalınızı yüksəldir, hətta bir az da enerji verir.

AzPost bildirir ki, bununla belə, elm adamları hər gün kakao içmək üçün başqa bir inandırıcı səbəb tapıb. Məlum olub ki, bu içki iltihabı və ürək-damar xəstəlikləri riskini azaldır.

ABŞ-da Brigham and Women’s Hospitalının tədqiqatçıları 60 yaşdan yuxarı 21 000-dən çox könüllünün iştirakı ilə genişmiqyaslı araşdırma aparıblar. Üç-altı il ərzində onlardan bəziləri kakao, digərləri isə plasebo qəbul edib. Müəlliflər müəyyən ediblər ki, pəhrizə kakao ekstraktının əlavə edilməsi ürək-damar xəstəliklərindən ölüm hallarını 27% azaldır.

Məhsulun qoruyucu təsirini izah etmək üçün müəlliflər əlavə araşdırmalar aparıblar. İki il ərzində onlar 598 könüllüdən 5 ən çox təsadüf olunan iltihab nümunələri toplayıblar. Bu nümunələrə ürək-damar xəstəlikləri riskinin artacağını proqnozlaşdıran C-reaktiv zülal da daxil olub. Çox yayılmış beş iltihab markerinə görə sınaqdan keçiriblər.

Tədqiqat ən çox iltihab markerlərinin dəyişməz qaldığını aşkar edib. Ancaq bir il kakao istehlakından sonra C-reaktiv zülalların səviyyəsi 8,4% azalb və bir ildən sonra bu rəqəm iki dəfə artıb. Bu rəqəmlər təsir edici görünməsə də, statistika göstərir ki, C-reaktiv zülal səviyyələrində orta dərəcədə azalma belə infarkt, insult və digər yaşa bağlı xəstəliklərin azalmasına səbəb ola bilər.

“Kakao ekstraktı sağlam həyat tərzini əvəz etməsə də, bu nəticələr ümidvericidir və yaşlandıqca iltihabı tənzimləməkdə potensial rolunu vurğulayır”- deyə tədqiqatın müəlliflərindən biri Yanbin Dong vurğulayıb.

Neçə stəkan kakao içmək lazımdır?

Həqiqi fayda əldə etmək üçün gündə nə qədər kakao içmək lazımdır? Alimlərin fikrincə, kakao qoruyucu təsirinə görə flavanollara borcludur. Bunlar flavonoidlər qrupuna aid olan güclü antioksidantlardır. Tədqiqat iştirakçıları 500 mq flavanol ehtiva edən kakao ekstraktı istehlak edib. Təəssüf ki, adi mağazada satın alınan kakao tozunun 100 q-da (və ya 4 yemək qaşığı) yalnız 10 mq bu maddə var. Bundan əlavə, az sayda istehsalçı məhsulun tərkibindəki flavanol tərkibini qeyd edir.

 

AzPost.az

Post navigation

Previous: Saqqız uşaqlarda ciddi sağlamlıq riski yarada bilər
Next: Avropa Parlamenti Rusiyadan neft idxalını tamam qadağan etmək istəyir

Oxşar xəbərlər

bebir
  • Maraqlı

Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü

User 27 Oktyabr 2026 - 23:13
protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
burcler
  • Maraqlı

2027-ci ildə 3 bürcü sınaqlar gözləyir – astroloqdan xəbərdarlıq

User 27 Oktyabr 2026 - 20:22

xƏBƏR

bebir
  • Maraqlı

Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü

User 27 Oktyabr 2026 - 23:13
Niderlandda safari parkının bəbirin hücumuna məruz qalan əməkdaşı vəfat edib. Associated Press agentliyinin məlumatına görə, hadisə şənbə...
Read more about Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü
Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı husiler
  • Dünya

Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı

User 27 Oktyabr 2026 - 22:22
Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib? putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.