Filippinin cənub-şərq sahillərində 7,4 bal gücündə güclü zəlzələ baş verib.
Səlahiyyətlilər sunami xəbərdarlığı edərək, sahilyanı ərazilərdə yaşayanları hündür yerə evakuasiya etməyə və ya daxili ərazilərə köçməyə çağırıb.
Filippin Vulkanologiya və Seysmologiya İnstitutu (PIVS) artçı təkanlar və dağıntılar gözlədiyini bildirib.