Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur

User 02 Noyabr 2026 - 22:28 (Last updated: 02 Noyabr 2026 - 22:28)
avto cin

Rusiyada Çin istehsalı olan Li Auto (Lixiang) avtomobillərinin sahibləri kütləvi hesab sındırılması halları ilə üzləşirlər. Hakerlər avtomobilin funksiyalarını məsafədən idarə etməyə imkan verən hesablara daxil olaraq parolları dəyişir və girişin bərpası üçün pul tələb edirlər.

Azpost.info bildirir ki, bu barədə “Autonews”a Rusiyada və MDB ölkələrində Li Auto sahibləri klubunun həmtəsisçisi Aleksandr Rasskazov məlumat verib.

Onun sözlərinə görə, hesab sındırıldıqdan sonra avtomobilin ekranları sönür, sahibi isə iqlim nəzarəti də daxil olmaqla, əksər funksiyalara çıxışını itirir. Bəzi hallarda avtomobili hətta işə salmaq da mümkün olmur.

Problem yalnız paralel idxal yolu ilə Rusiyaya gətirilən avtomobillərə aiddir. Bu maşınları qeydiyyata almaq üçün Çin mobil telefon nömrəsindən istifadə olunur. Rusiyadakı alıcılar həmin nömrələri vasitəçilər vasitəsilə əldə edirlər.

Rasskazovun sözlərinə görə, dələduzlar saxta pasportlardan istifadə etməklə avtomobil hesablarının bağlı olduğu Çin telefon nömrələrini mobil operatorlardan yenidən öz adlarına bərpa etdirirlər. Beləliklə, avtomobilin sahibinin hesabına nəzarəti ələ keçirirlər.

İndiyədək bu dələduzluğun 20 qurbanı məlumdur. Hakerlər zərərçəkənlərdən giriş imkanının bərpası üçün 250 min rubla qədər pul tələb ediblər. “Bu, artıq birdəfəlik şantaj deyil, kütləvi şəkildə həyata keçirilməsi nəzərdə tutulan bir sistemdir”, – Rasskazov bildirib.

Li Auto-nun Rusiyadakı rəsmi distribütoru Sinomach Auto yaranmış problemlə bağlı istehsalçının tədbir görəcəyini açıqlayıb. Çinli mütəxəssislər daxil olan müraciətləri araşdırırlar.

Li Auto sahibləri klubu avtomobil istifadəçilərinə Çin telefon nömrələrini öz adlarına rəsmiləşdirməyi, əlavə autentifikasiya vasitələrini aktivləşdirməyi və hesablara elektron poçt ünvanı bağlamağı tövsiyə edir. Əgər nömrə vasitəçi tərəfindən rəsmiləşdirilibsə, avtomobili təhvil aldıqdan dərhal sonra hesabın parolunu dəyişmək məsləhət görülür. Hesaba giriş itirildikdə onu mobil operator vasitəsilə bərpa etmək mümkündür. Lakin bu prosedur həm uzun çəkir, həm də baha başa gəlir.

Samir Abdulla

AzPost.az

Post navigation

Previous: Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun
Next: 65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır

Oxşar xəbərlər

Pensiyaçı
  • Sosial

65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır

User 02 Noyabr 2026 - 22:45
qida zerer
  • Sosial

Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun

User 02 Noyabr 2026 - 21:56
herbci
  • Sosial

Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir?

User 02 Noyabr 2026 - 21:39

xƏBƏR

Əraqçi
  • Dünya

İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”

User 02 Noyabr 2026 - 23:22
“Biz dəfələrlə bəyan etmişik ki, güc yolu ilə özümüzü müdafiə etməyə tam hazırıq. Eyni zamanda, danışıqlar vasitəsilə...
Read more about İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”
65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır Pensiyaçı
  • Sosial

65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır

User 02 Noyabr 2026 - 22:45
Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur avto cin
  • Sosial

Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur

User 02 Noyabr 2026 - 22:28
Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun qida zerer
  • Sosial

Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun

User 02 Noyabr 2026 - 21:56
Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir? herbci
  • Sosial

Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir?

User 02 Noyabr 2026 - 21:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.