Azyaşlı qız valideynlərinin qorxusundan körpəsini öldürdü

Rusiyanın Barnaul şəhərində azyaşlı yeniyetmə qız valideynlərinin hadisədən xəbər tutmaması üçün öz körpəsini öldürüb.

AzPost bildirir ki, bu barədə Altay diyarının İstintaq Komitəsi məlumat verib.

Oktyabrın 10-da axşam saatlarında Malaxov küçəsi yaxınlığında boyun və döş qəfəsi nahiyəsindən bıçaq xəsarətləri olan körpənin meyiti tapılıb. Tezliklə məlum olub ki, mərhumun anası 17 yaşlı yerli sakindir. İmkanlı ailədə böyüyən qız  artıq saxlanılıb və dindirilib.

Məlum olub ki, o, hamiləliyini valideynlərindən gizlədib və sonda evdə tək ikən sağlam oğlan uşağı dünyaya gətirib. Ailəsinin reaksiyasından qorxan yeniyetmə oğlundan yaxa qurtarmaq qərarına gəlib. O, körpəyə bir neçə bıçaq zərbəsi vurub, sonra uşağın cəsədini polietilen torbaya bükərək çölə atıb.

Hadisə ilə bağlı cinayət işi açılıb. Saxlanılan şəxs barəsində məhkəmə yaxın vaxtlarda həbs-qətimkan tədbiri seçiləcək. Müstəntiqlər hadisənin başvermə şəraitini müəyyənləşdirməkdə davam edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.