Pişiklərlə bir evdə yaşamaq ürəyi gücləndirir və infarktdan ölmə riskini 33 faiz azaldır.
AzPost bildirir ki, bu barədə Bloomberg məlumat yayıb.
Alimlər apardıları araşdırma zamanı 20 il ərzində insanları müşahidə ediblər. Onlar müəyyən ediblər ki, pişik sahiblərində praktiki olaraq ürək-damar xəstəlikləri yoxdur.
Bunun səbəbi pişiklərin stressi azaltmasıdır. Onları tumarlamaq, qucaqlamaq, qarşılıqlı əlaqə kortizolu azaldır və qan təzyiqi və ürəyin fəaliyyətini sabitləşdirir.