“İran da sülh istəyir, ancaq ilk növbədə Rusiya ilə işi bitirməliyik” –TRAMP

ABŞ prezidenti Tramp İsrail parlamentində çıxışı zamanı İran-İsrail hərbi qarşıdurmasına toxunub.

“İran ciddi zərbə aldı, elə deyilmi? AmanAllah. Onlar o tərəfdən, bu tərəfdən vurulub. Bilirsiniz nə gözəl olardı? Əgər onlarla sülh müqaviləsi bağlaya bilsəydik. Məncə, bu, gözəl olardı. Bu yaxşı olmazdımı, sizcə? Düşünürəm ki, onlar da istəyirlər. Məncə yorulublar”-deyə Tramp bildirib.

“Mənə dedilər ki, onlar nüvə proqramını yenidən işə salırlar. Sizə bir şey deyim. Heç nəyi yenidən başlatmırlar. Onlar sağ qalmaq istəyirlər. Ən son istədikləri isə yenicə uçurulmuş dağlarda çuxur qazıb yenidən başlamaqdır. Onlar bunu etmirlər. Onlar sağ qalmaq istəyirlər.

Yaxşı, amma məncə şansımız var. Stiv, sən, mən və Jared… gəlin. Biz həmişə belə bir müqavilə bağlamaq istəyəndə Jaredi gətiririk. Stiv, sən, Jared, general, Pit və Marko – bu müqaviləni heç bir problem olmadan bağlayacaqsan. Məncə asan olacaq. Ancaq ilk növbədə Rusiya ilə işi bitirməliyik. Biz bunu həll etməliyik. Əgər zəhmət olmasa, Stiv, gəlin əvvəlcə Rusiyaya diqqət yetirək”-deyə Tramp nitqini davam etdirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.