Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Məşhur yazıçı Mark Tvenin yeganə video görüntüləri

User 14 Oktyabr 2025 - 15:37 (Last updated: 14 Oktyabr 2025 - 15:38)
mark tven

 Dünya şöhrətli Amerika yazıçısı Mark Tven öz əsərləri ilə ədəbiyyat tarixində mühüm yer tutur.

Onun “”Tom Soyerin macəraları” kitabını yəqin ki, çoxları oxuyub.  Tanınmış amerika yazıçıları Uilyam Folkner Tveni Amerika ədəbiyyatının “atası” adlandırıb. Ernest Heminquey isə müasir Amerika ədəbiyyatının Tvenin sadəcə bir əsərindən – “Heklberri Finnin sərgüzəştləri” romanından “törədiyini” bildirib.

AzPost bildirir ki, dahi yazıçının ev-müzeyi özünü rəsmi səhifəsində Mark Tvenin mövcud olan yeganə video görüntülərini paylaşıb.

Səssiz film kadrları Tomas Edison tərəfindən 1909-cu ildə Mark Tvenin Konnektikut ştatının Reddinq şəhərindəki malikanəsində çəkilib.

Kadrlarda Mark Tvenin klassik kostyumunu geyindiyi, siqaret çəkdiyi və qızları Clara və Ceyn ilə rahat günortadan sonra söhbətləşdiyi görünür.

Amerika yazıçısı, jurnalisti və ictimai xadimi Mark Tvenin əsl adı Samuel Klemensdir.

Oxuculara daha çox “Heklberri Finnin sərgüzəştləri” (Adventures of Huckleberry Finn) və “Tom Soyerin macəraları” (The Adventures of Tom Sawyer) adlı romanları ilə tanışdır. Mark Tven bir çox məşhur aforizmlərin müəllifi kimi də tanınır. Klemens dövrünün ən məşhur adamları-prezidentlər, dünya şöhrətli incəsənət xadimləri, sənayeçilər və Avropa kral ailələri ilə dostluq münasibətlərində olub.

Mark Tven 30 noyabr 1835-ci ildə ABŞ ın Missuri əyalətinin Florida bölgəsində dünyaya gəlib.

1909-cu ildə 29 yaşındakı kiçik qızı Ceyn infarkt nəticəsində həyatını itirib. Mark Tven 1906-cı ildə yazmağa başladığı bioqrafiyasını tamamlamadan keçirdiyi ürək narahatlığı nəticəsində 21 aprel 1910-cu ildə vəfat edib.

AzPost.az

Post navigation

Previous: Kreml Ukraynada müharibəni davam etdirəcəyini bəyan edib
Next: Ölkədə muzdla çalışan 1 milyon 764 min işçi var

Oxşar xəbərlər

Yuxusuzluq
  • Maraqlı

İnsanlar niyə gecələr daha çox narahat olur? – Yuxuya mane olan 5 səbəb

User 05 Noyabr 2026 - 23:00
baliq
  • Maraqlı

60 yaşdan sonra hansı balıqları yemək olmaz? – Mütəxəssislər xəbərdarlıq edir

User 05 Noyabr 2026 - 19:33
Kosmos
  • Maraqlı

Kosmosdan müəmmalı siqnal qeydə alındı – Alimlər yadplanetlilərin izini axtarır

User 05 Noyabr 2026 - 19:03

xƏBƏR

urek mualice
  • Sosial

Ürəyə gizli zərbə vuran 9 qida – Hər gün yediyimiz hansı məhsullar təhlükəlidir?

User 06 Noyabr 2026 - 12:50
Qidalanma ürək sağlamlığının qorunmasında mühüm rol oynayır. Lakin gündəlik rasionumuzda dadlı və rahat hesab etdiyimiz bir çox...
Read more about Ürəyə gizli zərbə vuran 9 qida – Hər gün yediyimiz hansı məhsullar təhlükəlidir?
Prezident və birinci xanım Cəbrayılda – YENİLƏNİR ilham aliyev
  • Baş Yazı

Prezident və birinci xanım Cəbrayılda – YENİLƏNİR

User 06 Noyabr 2026 - 12:45
Hollivudun iki nəhəngi niyə 20 il bir-birinə düşmən oldu? – Stallone sirri açdı svarstnegger stallone
  • Şou Biznes

Hollivudun iki nəhəngi niyə 20 il bir-birinə düşmən oldu? – Stallone sirri açdı

User 06 Noyabr 2026 - 12:35
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 06 Noyabr 2026 - 12:24
2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır islahat
  • Siyasət

2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası hazırlanır

User 06 Noyabr 2026 - 12:23
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.