Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

Polşa “Şimal axını” kəmərlərini partladan şəxsi Almaniyaya verməyəcək

User 18 Oktyabr 2025 - 11:15 (Last updated: 18 Oktyabr 2025 - 00:57)
simal axini

Polşa məhkəməsi 2022-ci ildə Baltik dənizində “Şimal axını” qaz kəmərlərinə qarşı törədilmiş partlayışlarda iştirakda şübhəli bilinən Ukrayna vətəndaşı Volodimir Z.-nin Almaniyaya təhvil verilməsinə qarşı hökm çıxarıb.

Almaniya mediası  xəbər verir ki, məhkəmə, həmçinin 46 yaşlı şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirini də ləğv edib. Məlumata görə, Almaniya tərəfindən Avropa həbs orderi ilə axtarışa verildikdən sonra Varşava yaxınlığında saxlanılmış Volodımır Z. sentyabrdan istintaq təcridxanasında idi. Almaniyada prokurorluq onu 2022-ci ilin payızında Bornholm adası yaxınlığında “Şimal axını” kəmərlərinə partlayıcı maddələr yerləşdirmiş qrupun üzvü olmaqda ittiham edir.

İttihama əsasən, peşəkar dalğıc olan şübhəli şəxsə qarşı “partlayış törətmək” və “konstitusiyaya zidd diversiya” maddələri üzrə cinayət işi aparılır. Hadisə nəticəsində kəmərlərdə baş verən partlayışlar onların ciddi zədələnməsinə və qaz nəqlinin dayanmasına səbəb olmuşdu. Hücumdan sonra ümumilikdə dörd boru xəttindən üçündə dörd sızma nöqtəsi aşkarlanmışdı.

Xatırladaq ki, “Şimal axını-1” ilə Rusiya qazı Almaniyaya nəql edilirdi. Lakin partlayış vaxtı qaz axını dayandırılmışdı. “Şimal axını-2” isə Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən hələ istismara verilməmişdi. Məsələ ilə bağlı Almaniya və Polşanın hüquq-mühafizə orqanları arasında əməkdaşlıq davam edir.

AzPost.az

Post navigation

Previous: Azərbaycan xaricə içki ixracından 50 milyon dollar qazanb
Next: Azərbaycan bu il neçə ton qızıl alıb?

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

1740495806_manat-1560526404-1
  • Sosial

2027-ci ildə yaşayış minimumu 314 manat olacaq – Pensiyaçılar və uşaqlar üçün yeni məbləğlər

User 28 Oktyabr 2026 - 13:23
2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının həddinin artırılması nəzərdə tutulur. Gələn ilin dövlət büdcəsi haqqında...
Read more about 2027-ci ildə yaşayış minimumu 314 manat olacaq – Pensiyaçılar və uşaqlar üçün yeni məbləğlər
Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edib mekteb
  • Sosial

Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edib

User 28 Oktyabr 2026 - 13:17
Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
Məhəmmədhaqqının 70-ci yubiley Haqqı musa02
  • Sosial

Məhəmmədhaqqının 70-ci yubiley Haqqı

User 28 Oktyabr 2026 - 12:58
“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.