Fransa prezidenti Emmanuel Makron həbs cəzasını çəkməyə başlamazdan bir neçə gün əvvəl sabiq dövlət başçısı Nikola Sarkozi ilə qapalı görüş keçirib.
AzPost-un məlumatına görə. “Le Figaro” qəzeti oktyabrın 17-də Yelisey sarayında keçirilən görüşün bir saatdan çox davam etdiyini bildirdi.
Makron daha sonra Sarkozinin keçmiş prezident statusunu nəzərə alaraq görüşü “normal” və “insanlığa uyğun” adlandırıb. O, həmçinin məhkəmələrin müstəqilliyinin vacibliyini vurğulayıb və Sarkozinin mühakiməsində iştirak edən hakimlərə qarşı təhdidləri pislədiyini təkrarlayıb.
Sentyabrda Paris məhkəməsi Sarkozini 2007-ci ildəki seçki kampaniyasını Liviyanın göndərdiyi pullar ilə qeyri-qanuni şəkildə maliyyələşdirməkdə ittiham olunub. Sabiq prezident 5 il həbs cəzasına məhkum edib. Sarkozi dəfələrlə bütün ittihamları rədd edərək, onları yalan adlandırıb və hökm oxunduqdan sonra günahsız olduğunu bir daha bəyan edib.
Sabiq prezident həbs cəzasını oktyabrın 21-də çəkməyə başlayacaq.