Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Vəkillər Kollegiyasının sədri Anar Bağırov şagirdlərlə görüşüb

User 21 Oktyabr 2025 - 14:41 (Last updated: 21 Oktyabr 2025 - 14:41)
vk01

Xəzər Universiteti Dünya Məktəbində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun şagirdlərlə görüşü keçirilib.

Bu barədə Vəkillər Kollegiyasından AzPost-a bildirilib.

Tədbiri giriş sözü ilə açan Məktəbin direktoru Rəna Həsənova görüşün əhəmiyyətindən danışıb, qeyd edib ki, bu cür tədbirlər şagirdlərdə hüquq sahəsinə marağın artırılmasına, onların peşə yönümündə maarifləndirilməsinə və gələcəkdə hüquq ixtisasını seçmək istəyən gənclər üçün motivasiya mənbəyinə çevrilir.

Görüşdə çıxış edən Kollegiya sədri Anar Bağırov iştirakçıları salamlayaraq onlara təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sədr şagirdlərlə təcrübələrini bölüşərək vəkillik peşəsinin üstünlükləri, VK-nın tarixi inkişaf yolu, son illərdə həyata keçirilən mühüm islahatlar və vəkillik institutunun gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Kollegiya ilə hüquq fakültələri fəaliyyət göstərən bütün universitetlər arasında əməkdaşlıq memorandumu imzalandığını qeyd edən Anar Bağırov bu əməkdaşlığın nəticəsində bir çox faydalı təşəbbüslərin reallaşdırıldığını bildirib.

Sədr vurğulayıb ki, VK tərəfindən həyata keçirilən layihələrin əksəriyyəti gənclərin hüquqi biliklərinin artırılmasına və onların vəkillik peşəsinə marağının gücləndirilməsinə yönəlib. Anar Bağırov qeyd edib ki, bu gün vəkilliyə üz tutan hüquqşünasların böyük hissəsi gənclərdir və onların fəaliyyəti institutun inkişafına yeni dinamika gətirir.

Eyni zamanda Anar Bağırov VK-nın hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatlarından biri olduğunu dilə gətirib. Nəzərə çatdırılıb ki, Kollegiyanın tam dəstəyi ilə hər il gənc hüquqşünaslar tədbirlər keçirir, yüzlərlə tələbə isə müxtəlif vəkil qurumlarında təcrübə keçir və real iş mühiti ilə tanış olmaq imkanı qazanır. Həmçinin fərdi təqaüdlərin ayrılması, hüquq fakültələrinin layihələrinə sponsorluq edilməsi və tələbə təşkilatları ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması bu istiqamətdə görülən mühüm tədbirlər sırasındadır.

Daha sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər irəli sürülüb.

Sonda Dünya Məktəbinin rəhbərliyinə VK-nın dəstəyi ilə dərc edilmiş nəşrlər və Kollegiyanın rəsmi emblemi hədiyyə edilib.

AzPost.az

Post navigation

Previous: Sahibə Qafarova və Alen Simonyan arasında görüş başa çatıb –
Next: Avqustdan bəri Ramiz Mehdiyevin ətrafında əməliyyat tədbirlər aparılıb –

Oxşar xəbərlər

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
Azərbaycanda vəkillərin
  • Sosial

Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib

User 18 Noyabr 2026 - 18:00

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.