Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Hadisə

Starex kargo 52 dollar yerinə 520 dollar yazdı və…

Orkhan Ali 24 Oktyabr 2025 - 14:00 (Last updated: 24 Oktyabr 2025 - 07:51)
StarexGlobal

StarexGlobal

Starex kargo şirkəti ilə bağlı vətəndaş narazılığı yaranıb. İddialara görə, Türkiyədən gələn bağlamanın dəyəri sistemdə səhvən 52 dollar əvəzinə 520 dollar kimi qeyd olunub. Nəticədə bağlama gömrük tərəfindən saxlanılıb və alıcıya bu barədə “eyni cinsdən bir neçə məhsul olduğu üçün” məlumat verilib.

AzPost xəbər verir ki, vətəndaşın sözlərinə görə, o, məsələni aydınlaşdırmaq üçün şirkətin müştəri xidmətləri ilə dəfələrlə əlaqə saxlayıb. Lakin hər dəfə “sorğunuza cavab veriləcək” cavabını alıb və proses xeyli vaxt aparıb. Müştəri daha sonra invoys sənədlərini əldə etmək üçün kargo terminalına üz tutmalı olub.

Uzun gözləmədən sonra məlum olub ki, problem məhsulların eyni cinsdə olması ilə deyil, invoysda qiymətin yanlış qeyd edilməsi ilə bağlı imiş. Bununla belə, müştəri bağlamanı ala bilmək üçün saxlama və anbar haqqı ödəməyə məcbur qalıb.

Vətəndaş bildirir ki, şirkət əməkdaşları məsələ həll olunduqdan sonra düzgün invoysu yalnız gömrükdən çıxdıqdan sonra göndəriblər. Onun sözlərinə görə, nə üzrxahlıq, nə də məsuliyyət etirafı bildirilməyib.

Hadisə müştərilər arasında Starex kargo şirkətinin xidmət keyfiyyəti və məsuliyyət yanaşması ilə bağlı narazılıqları bir daha gündəmə gətirib.

AzPost.az

Post navigation

Previous: İsrail PUA-sı Livanda avtomobilə zərbə endirib, ölən var
Next: Rusiya ordusunun Xersona hava zərbələri nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb

Oxşar xəbərlər

yangin
  • Hadisə

Bakıda restoranda yanğın olub – VİDEO

Orkhan Ali 21 Oktyabr 2026 - 09:53
MOTOXULİQANLIQ
  • Hadisə

Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb

User 08 Oktyabr 2026 - 15:55
  • Hadisə

Yol polisi Formula 1-lə əlaqədar sürücülərə müraciət edib

User 18 Sentyabr 2026 - 12:23

xƏBƏR

ilham ali forum
  • Baş Yazı

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

User 15 Noyabr 2026 - 22:22
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. Bu barədə Prezidentin Mətbuat...
Read more about Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident televiziya və radio işçilərini təbrik edib ilham aliyev
  • Siyasət

Prezident televiziya və radio işçilərini təbrik edib

User 15 Noyabr 2026 - 20:03
İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.