Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Daha 366 nəfər Ağdam sakini doğma yurduna qovuşub

User 29 Oktyabr 2025 - 14:18 (Last updated: 29 Oktyabr 2025 - 14:18)
aqdam ev

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı davam edir. Oktyabrın 29-da yola salınan növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.

AZƏRTAC xəbər verir ki, uzun illərin həsrətindən sonra daha 91 ailə olmaqla, 366 nəfər Ağdam sakini doğma yurduna qovuşub.

Ailələrə evlərinin açarlarının təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.

AzPost.az

Post navigation

Previous: İTV-nin “Milyonların şousu”nda 8 min qazanmış Yusif Abdullayev saxlanılıb
Next: “Mercedes” şirkətinin qazancı 70 faiz azalıb

Oxşar xəbərlər

avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
pehriz
  • Sosial

Arıqlamaq istəyənlər üçün: Aclıq çəkmədən çəki azaltmağın yolları

User 01 Noyabr 2026 - 17:30
Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55

xƏBƏR

ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət...
Read more about Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi
İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP Tramp
  • Dünya

İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP

User 01 Noyabr 2026 - 21:28
Ağacların yarpaqları payızda niyə qızarır? payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.