Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Xidmətdən buraxılan hərbi qulluqçular üçün işdən çıxarma pulu dəyişib

User 30 Oktyabr 2025 - 17:34 (Last updated: 30 Oktyabr 2025 - 18:03)
690368ae3cd0b690368ae3cd0c1761831086690368ae3cd09690368ae3cd0a

Nazirlər Kabineti “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” qərarda dəyişiklik edib.

APA-nın xəbərinə görə, qaydanın adı dəyişdirilib, “Hərbi qulluqçulara və ədliyyə orqanlarının rəis və sıravi heyətinə ödənilən işdənçıxarma müavinətinin miqdarı və ödənilməsi şərtləri haqqında” olacaq.

Hazırda məhkəmənin qərarı ilə xidmətdən buraxılanlar istisna olmaqla, hərbi xidmətdən başqa əsaslara görə buraxılmış zabitlərə daxili işlər və ədliyyə orqanlarının orta, böyük və yüksək rəis heyətinə mənsub şəxslərə iki aylıq maaş həcmində işdən çıxarma pulu verilir. Dəyişikliyə əsasən, gələn il yanvarın 1-dən bu halda hərbi qulluqçulara və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə iki aylıq vəzifə və rütbə maaşı həcmində işdən çıxarma pulu veriləcək.

İndi pensiya almaq hüququ olmadan tərxis edilən, uzun müddət xidməti dörd ildən az olan gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə maaşın yarısı, uzun müddət xidməti dörd il və daha çox olanlara aylıq maaş və dörd ildən əlavə hər il üçün maaşın beşdə biri həcmində işdən çıxarma pulu verilir. Gələn ildən “pensiya hüququ olmadan xidmətdən buraxılan, təqvimi xidmət müddəti dörd ildən az olan gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına və ədliyyə orqanlarının kiçik rəis və sıravi heyətinə mənsub şəxslərə bir aylıq vəzifə və rütbə maaşının 50 faizi həcmində, təqvimi dörd il və daha artıq xidmət edənlərə dörd il xidmətə görə bir aylıq vəzifə və rütbə maaşı və dörd ildən artıq xidmətin hər tam təqvim ili üçün əlavə olaraq bir aylıq vəzifə və rütbə maaşının 20 faizi həcmində, lakin ümumi məbləği iki aylıq vəzifə və rütbə maaşından çox olmamaqla işdən çıxarma pulu veriləcək.

İndi gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının kiçik rəis və sıravi heyətinə mənsub şəxslərə işdən çıxarma pulu verilməsi üçün uzun müddət xidmət bu qərarla müəyyənləşdirilmiş qaydada hesablanır (güzəşti şərtlər nəzərə alınmaqla). Həm də əgər onların keçdiyi xidmətdə fasilələr olmuşdursa, işdən çıxarılma pulu verilməsi üçün uzun müddət xidmətə yalnız tərxisdənqabaq fasiləsiz xidmət aid edilir. Gələn il yanvarın 1-dən gizirlərin, miçmanların, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının, ədliyyə orqanlarının kiçik rəis və sıravi heyətinə mənsub şəxslərin xidmət müddətində fasilələr olduğu halda, onlara işdənçıxarma müavinəti yalnız sonuncu xidmət müddəti nəzərə alınmaqla veriləcək.
Hazırda qüvvədə olan qaydaya əsasən, hədd yaşına çatdığına, səhhətinə və ştat ixtisarına görə, pensiya almaq hüququ saxlanmadan hərbi xidmətdən tərxis edilmiş zabit heyətinə daxili işlər və ədliyyə orqanlarının orta, böyük və yüksək rəis heyətinə mənsub şəxslərə işdən çıxarılma pulunun hərbi və ya xüsusi rütbə üzrə verilməsi tərxis günündən etibarən bir il ərzində davam edir. Xidmətdən tərxis olunmaqdan əvvəl mülki nazirliklərdə, baş idarələrdə, müəssisə və təşkilatlarda işləmiş, tərxisdən sonra əvvəlki işdə qalmış şəxslərə, habelə “Ümumi əsgəri vəzifə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən çağırış üzrə 2 -3 il həqiqi hərbi xidmətdə olmuş şəxslərə yuxarıda göstərilən işdən çıxarılma pulu verilmir. 2026-cı il yanvarın 1-dən pensiya hüququ olmadan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən, həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmanın son yaş həddinə çatmasına, xəstəliyinə və ya ştat ixtisarına görə həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara işdənçıxarma müavinətinin hərbi rütbə üzrə verilməsi hərbi xidmətdən buraxıldığı gündən etibarən bir il ərzində davam edəcək. Hərbi və xüsusi rütbə nəzərdə tutulmayan digər dövlət orqanlarında (qurumlarında), müəssisə və təşkilatlarda işləyən, iş yeri və orta aylıq əməkhaqqı saxlanılan “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna əsasən səfərbərlik üzrə hərbi xidmətə (toplanışa) çağırılmış hərbi qulluqçulara və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə, habelə müddətli həqiqi hərbi xidmətdən birbaşa zabit hərbi rütbəsi
verilməklə buraxılmış şəxslərə işdənçıxarma müavinəti verilməyəcək.

AzPost.az

Post navigation

Previous: Qiyabi təhsil formasının ləğv edilməsi ilə bağlı qərar mövcud deyil –
Next: Putin xarici jurnalistlərin Ukrayna ordusunun mühasirədə olduğu ərazilərə girişinə icazə verib

Oxşar xəbərlər

dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Şokolad
  • Sosial

Şəkərsiz şirniyyatların gizli təhlükəsi – Dietoloqdan xəbərdarlıq

User 28 Oktyabr 2026 - 21:05
Həbs
  • Sosial

Beynəlxalq axtarışda olan Rüstəm İbrahimov Çindən Azərbaycana gətirilib

User 28 Oktyabr 2026 - 20:37

xƏBƏR

tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyası...
Read more about Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.