Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam Vatikanda kardinallarla görüşüb

User 01 Noyabr 2025 - 10:52 (Last updated: 01 Noyabr 2025 - 10:52)
seyx kardinal04

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Vatikana səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın yüksək rütbəli nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, şeyxülislam Allahşükür Paşazadənin Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad və Şərq Kilsələri üzrə Dikasteriyanın prefekti kardinal Klaudio Qucerotti ilə görüşündə Azərbaycan ilə Vatikan arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Azərbaycanın tolerantlıq və multikulturalizm siyasətindən bəhs edilib, ölkəmizin dini və mədəni müxtəlifliyi qorumaqla müxtəlif etnik və dini qrupların sülh və qarşılıqlı hörmət şəraitində birgəyaşayışını təmin etdiyi bildirilib.

Görüşdə Azərbaycanın dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfə məmnuniyyətlə qarşılanıb. Bu baxımdan Heydər Əliyev Fondu ilə Müqəddəs Tax-Tac arasındakı əməkdaşlığın əhəmiyyəti vurğulanıb, bu uğurlu əməkdaşlığın mədəni irsin qorunmasına xidmət etməklə yanaşı, dinlərarası dialoqun inkişafına da töhfə verdiyi qeyd olunub. Vurğulanıb ki, həmin layihələr Azərbaycanın, o cümlədən də Heydər Əliyev Fondunun mədəniyyətlərarası və dinlərarası dialoqa konkret və praktik töhfəsini əks etdirir.

Həmçinin, Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyətindən bəhs olunub, ikinci katolik kilsəsinin tikintisi ilə bağlı görülən işlər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Qafqaz Müsəlmanları İdarəsi Müsəlman Ağsaqqalları Şurasının və BMT-nin Sivilizasiyalar Alyansının həmtəşkilatçılığı ilə gələn il müxtəlif ölkələrin dini liderlərinin islamdaxili dialoq və islamofobiyaya qarşı mübarizəyə həsr olunmuş konfransını keçirəcək.

Şeyxülislam Allahşükür Paşazadə kardinal Kuvakadı və kardinal Qucerottini konfransın iştirakçıları arasında görməkdən məmnun olacağını bildirib. Qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi Vatikanla əlaqələrin inkişafında maraqlıdır.

Müqəddəs Taxt-Tac tərəfi Azərbaycandakı məzhəblərarası və dinlərarası mühitin təkcə müsəlman ölkələri deyil, bütün dünya üçün nümunə təşkil etdiyini və bu nümunənin beynəlxalq müstəvidə geniş şəkildə təbliğinin vacibliyini bildirib.

Görüşdə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov və İtaliyadakı səfirimiz Rəşad Aslanov da iştirak ediblər.

Vatikana səfər çərçivəsində şeyxülislam Allahşükür Paşazadə Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə də görüşüb. Görüşdə Azərbaycan ilə Vatikan arasında yüksək müstəvidə inkişaf edən əlaqələr vurğulanıb, bu münasibətlərin örnək mahiyyəti qeyd olunub.

AzPost.az

Post navigation

Previous: Məşhur uşaq əmzikləri markalarında təhlükəli kimyəvi maddə tapılıb
Next: “TikTok”da vətəndaşları aldadan şəxs saxlanılıb

Oxşar xəbərlər

seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.