Fransada sürücü avtomobili izdihamın üzərinə sürüb

Fransanın Dolyu d’Oleron adasında sürücü qəsdən piyadaları və velosipedçiləri vurub. Bundan sonra həmin şəxs avtomobilini yandırmağa cəhd edib.

Fransanın “Le Parisien” qəzeti  xəbər verir ki, qəzaya səbəb olan sürücü saxlanılıb. Hadisənin səbəbi hazırda araşdırılır.

Həmçinin, şübhəlinin şəxsiyyəti müəyyən edilib. Bu, Dolyu d’Oleronun qərb sahilindəki bir kənddə yaşayan 30 yaşlı Fransa vətəndaşıdır.

Ən azı on nəfər zərər çəkib, onlardan üçü ağır vəziyyətdədir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.