Azərbaycanlı qadın Sona Quliyeva Romada itkin düşüb –Üzərində böyük məbləğdə pul olub /FOTO

Azərbaycan vətəndaşı Sona Camil qızı Quliyeva İtaliyada itkin düşüb.
AzPost bildirir ki, bu barədə “Avropa Azərbaycanlıları” Cəmiyyəti məlumat yayıb.
Məlumatda deyilir ki, Sona Quliyeva 3 noyabr gecəsi Bakından uçub. Roma hava limanına enib və oradan video paylaşaraq “Romaya çatdım” deyib.
Ondan sonra heç bir xəbər yoxdur.
Bu gün artıq 6-cı gündür ki, ondan xəbər almaq mümkün olmur. Mesajlara və zənglərə cavab vermir, telefona da zəng çatmır. “Onunla birlikdə böyük məbləğdə pul və telefon var idi. Səyahət məqsədi ilə getmişdi. Boyu təxminən 165 sm, çəkisi təxminən 50 kq, arıq bədən quruluşludur”.
Artıq Azərbaycan səfirliyinə müraciət olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.