Hidayət Heydərov VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Hidayət Heydərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

73 kiloqram çəki dərəcəsində çıxış edən H. Heydərov həlledici görüşdə özbəkistanlı Şakram Əhmədovu məğlub edib. Bununla da idmançı İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub. O, 2017-ci ildə Bakıda keçirilən analoji yarışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

Bu gün tatamiyə çıxan digər Azərbaycan cüdoçusu Könül Əliyeva (48 kiloqram) finalda türkiyəli Tuğçe Bederə uduzaraq gümüş medalla kifayətlənib. Aydan Vəliyeva (52 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) isə bürünc mükafat əldə ediblər.

Qeyd edək ki, Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı ilə təmsil olunur. Ümumilikdə 57 ölkə 23 idmanda medallar uğrunda mübarizə aparır. Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.