Azərbaycanın ev sahibliyi edəcəyi FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işləri başa çatıb.
Bu barədə FIFA sosial şəbəkə hesabında paylaşım edib.
Ali futbol qurumu Bakıda keçiriləcək turnirlə bağlı paylaşımında Hövsan Yarış Kompleksinin hazır vəziyyətə gətirildiyini bildirib.
“Bu kompleks AFFA tərəfindən cəmi 66 gün ərzində ərsəyə gətirilib. Azərbaycan FIFA U-15 dünya çempionatına və festivalına hazırdır”, – deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, turnir oktyabrın 22-dən 30-dək Hövsan Yarış Kompleksində keçiriləcək. Açılış və final görüşləri isə Bakı Kristal Zalında baş tutacaq.
Yarışın ilk oyunlarına oktyabrın 24-də start veriləcək.
