İraq hakimiyyəti ABŞ-ın Rusiya şirkətinə qarşı sanksiyalar tətbiq etməsindən sonra “Qərbi Kurna-2” yatağında iş üçün Lukoil-a bütün ödənişləri dayandırıb.
AzPost bildirir ki, bu barədə Reuters mənbələrə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, cavab olaraq Lukoil İraq Neft Nazirliyinə məktub göndərərək, vəziyyət altı ay ərzində yaxşılaşmasa, hasilatı dayandıracağını və layihədən tamamilə çıxacağını xəbərdar edib.
Reuters qeyd edir ki, Qərbi Kurna-2 dünyanın ən böyük neft yataqlarından və Lukoil-ın ən vacib xarici aktivlərindən biridir.
Oktyabrın 22-də ABŞ Rusiyanın ən böyük neft şirkətləri olan Lukoil və Rosneft-ə sanksiyalar tətbiq edib.