Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

ƏSF-nin mənfəəti azaldı, zərəri artdı, dövlətə borcu 1,4 mln. manatı ötdü

Orkhan Ali 12 Noyabr 2025 - 12:22 (Last updated: 12 Noyabr 2025 - 12:16)
1
Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) vergi borcunun həcmi bu ilin əvvəli ilə müqayisədə 100 min manatdan çox artıb.
AzPost İqtisadiyyat.az-a istinadən xəbər verir ki, hazırda Fondun yığılmış vergi borcununun miqdarı 1 milyon 423,5 min manat təşkil edir.
Cari ilin əvvəlində fondun dövlət qarşısında borcunun miqdarı 1 milyon 312,2 min manat, ötən ilin müvafiq dövründə isə 1 milyon 235,5 min manat olub. ƏSF-in vergi borcu 2023-cü ilin may ayında 1 milyon 140,4 min manat, dekabrın ayının 14-də isə 1 milyon 192,8 min manat təşkil edib. Müşahidə edilən odur ki, Fondun dövlətə borcu ildən ilə artmaqda davam edir.
Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən isə vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.
Məlumat üçün onu da bildirək ki, 2025-ci ilin yekunlaşmasına cəmi bir ay qalmasına baxmayaraq, ƏSF 2024-cü ilin hesabatını hələki açıqlamayıb. ƏSF 2021 və 2022-ci illər üzrə hesabata əsasən, müvafiq olaraq 104,5 və 107,1 milyon manat xalis mənfəət əldə edib. Amma 2023-cü ildə Fondun mənfəəti 70 milyon manata düşüb. Başqa sözlə, həmin il Fondun yığılmış zərəri əvvəlki illə müqayisədə 10,5% artaraq 738 milyon manatı ötüb.
Xatırladaq ki, ƏSF 2007-ci ildə yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir. ƏSF-nin icarçı direktoru Tural Piriyevdir və o, 2020-ci ildən bu vəzifədə çalışır.

AzPost.az

Post navigation

Previous: Alimlər yaddaşı bərpa etməyə kömək edən maddə kəşf edib
Next: 3I/ATLAS kometasından gələn sirli siqnalın mənası açıqlandı

Oxşar xəbərlər

meleyke
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
qadin biznes
  • Sosial

Biznesin qadın siması – artan imkanlar və həllini gözləyən problemlər

User 19 Noyabr 2026 - 17:57
besir
  • Sosial

“QHT işi” üzrə ittiham olunan Bəşir Süleymanlıya hökm oxunub

User 19 Noyabr 2026 - 15:25

xƏBƏR

meleyke
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
Bakı Dövlət Universitetinə (BDU) rektor təyin edilən Məleykə Abbaszadə kollektivə təqdim olunub. Yeni rektoru kollektivə elm və...
Read more about Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub
Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur surusme badadar
  • Baş Yazı

Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur

User 19 Noyabr 2026 - 18:19
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib ilham aliyev
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16
Biznesin qadın siması – artan imkanlar və həllini gözləyən problemlər qadin biznes
  • Sosial

Biznesin qadın siması – artan imkanlar və həllini gözləyən problemlər

User 19 Noyabr 2026 - 17:57
Putin Ukraynada ələ keçirdiyi ərazilərdən imtinanı rədd etdi putin valday
  • Dünya

Putin Ukraynada ələ keçirdiyi ərazilərdən imtinanı rədd etdi

User 19 Noyabr 2026 - 17:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.