Rusiya neftinin qiyməti 36 dollara düşüb

Rusiyanın Qara dənizdəki Novorossiysk limanında “Urals” markalı neftin bir barelinin qiyməti 36 dollara qədər azalıb.
Bloomberg-in məlumatına görə, eyni tendensiya Baltik dənizi limanlarında da müşahidə olunub.
Urals üzrə endirimlər Brent markalı neftə nisbətən 23,52 dollar/barelə qədər artaraq 2023-cü ildən bəri ən yüksək səviyyəyə çatıb.
Rekord endirim 2023-cü ilin əvvəlində 40 dollar/barel səviyyəsində müəyyən edilmişdi.
Tramp administrasiyasının ikinci dərəcəli sanksiyaları riski fonunda alıcılar Rusiya neftinin idxalını azaldır, bu isə öz növbəsinfə qiymətlərə əlavə təzyiq göstərir.
Nəticədə, satılmamış həcmlər Rusiya terminallarında toplanır və üzən anbara çevrilən tankerlərdə qalır. JPMorgan hesab edir ki, Rusiyanın dəniz neft ixracının təxminən üçdə biri – gündəlik 1,4 milyon barel – hazırda dənizdə “ilişib” qalıb.
Qeyd edək ki, oktyabrın 23-də Rusiya prezidenti Vladimir Putin ABŞ-ın “Rosneft” və “Lukoyl”a qarşı yeni sanksiyalarını şərh edərkən bildirib ki, dünya bazarında Rusiya neftinin həcminin kəskin azalması qiymətlərin daha da artmasına səbəb olacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.