Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Neft Fondundan dövlət büdcəsinə köçürmənin həcmi azaldılır

User 19 Noyabr 2025 - 12:22 (Last updated: 19 Noyabr 2025 - 12:22)
1741953878_manatlar

Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi 1,7 milyard manat azaldılır.

APA xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Maliyyə naziri bildirib ki, 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat məbləğində proqnozlaşdırılır: “Gəlirlərin 22,2 milyard manatı və ya 57,4 faizi qeyri-neft sektoru üzrə daxilolmalar hesabına reallaşacaqdır ki, bu da cari illə müqayisədə 2,1 milyard manat və ya 10,6 faiz çoxdur. Bununla da, cari xərclərin qeyri-neft gəlirləri hesabına örtülən hissəsi 88 faiz proqnozlaşdırılır. Qeyri-neft sektorundan gəlirlərin 13,3 milyard manatını vergi orqanlarının, 6,9 milyard manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 1 milyard manatını büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə daxilolmalar, 531 milyon manatını sair daxilolmalar, 450 milyon manatını isə dividendlər təşkil edəcək. Neft-qaz sektorundan gəlirlər isə 16,4 milyard manat və ya büdcə gəlirlərinin 42,6 faizi məbləğində proqnozlaşdırılır. Bu daxilolmaların 3,6 milyard manatı konsorsiumlar və ARDNŞ-in, 12,8 milyard manatı isə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür”.

Sahil Babayev vurğulayıb ki, qeyri-neft gəlirlərində artım hesabına 2026-cı ildə Fonddan dövlət büdcəsinə transfertin həcmi 1,7 milyard manat azalacaq: “Bu amil Dövlət Neft Fondunun ehtiyatlarının qorunması strategiyamıza tam uyğundur. Beləliklə, cari illə müqayisədə cəmi vergi orqanlarının xətti ilə daxilolmalar 9,1 faiz, gömrük rüsumları və idxala vergi daxilolmaları 4 faiz, ödənişli xidmətlər üzrə daxilolmalar 16 faiz, digər daxilolmalar isə 9,6 faiz çox olacaq”.

AzPost.az

Post navigation

Previous: Trampın nümayəndəsi Zelenskinin aparat rəhbəri ilə görüşünü ləğv edib
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

pensiyaci01
  • İqtisadiyyat

Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır?

User 01 Noyabr 2026 - 18:30
dollar qizil
  • İqtisadiyyat

Azərbaycanın qızıl ixracı 31,6 faiz artıb

User 01 Noyabr 2026 - 16:15
kere yaqi
  • İqtisadiyyat

Yağ qiymətlərində kəskin bahalaşma – İstehsal azalır, idxal artır

User 01 Noyabr 2026 - 15:39

xƏBƏR

payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
Payız gələndə ağacların görünüşü dəyişir. Yay boyu yaşıl olan yarpaqlar sarı, narıncı, qırmızı və hətta bənövşəyi çalarlara...
Read more about Ağacların yarpaqları payızda niyə qızarır?
Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır? pensiyaci01
  • İqtisadiyyat

Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır?

User 01 Noyabr 2026 - 18:30
Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.