Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

ABŞ-Azərbaycan Strateji İşçi Qrupuna Dövlət katibinin müavini Sonata Koulter rəhbərlik edəcək

User 19 Noyabr 2025 - 17:16 (Last updated: 19 Noyabr 2025 - 17:16)
691daa84249b0691daa84249b11763551874691daa84249ab691daa84249ae

“Azərbaycana ilk gəlişimdir və bu səfər üçün çox həvəsli idim. Regiona da ilk səfərimdir. 8 avqustda əldə olunan nailiyyəti qeyd etmək və onu necə daha da irəli apara biləcəyimizi müzakirə etmək üçün bu səfər vacib idi”.

ABŞ səfirliyindən APA-ya verilən xəbərə görə, bunu Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə bildirib.

Dövlət katibinin müavininin sözlərinə görə, Cənubi Qafqazda sülh və rifah üçün Prezident Trampın tarixi baxışını irəli aparmaq məqsədilə Bakıda olmaq onun üçün böyük şərəfdir: “Sizin indi qeyd etdiyiniz bütün ikitərəfli məsələlər haqqında fikir mübadiləsi aparmağı səbirsizliklə gözləyirəm.

Həmçinin prezidentlərimizin avqust ayında keçirilmiş tarixi sammiti barədə müzakirə etməyi səbirsizliklə gözləyirəm — ticarətdən enerji əməkdaşlığına, regional bağlantının və təhlükəsizliyin gücləndirilməsinədək. Bütün bu məsələlər həmin danışıqların və avqustda əldə olunmuş razılaşmanın tərkib hissəsidir və qarşımızda həm ölkələrimiz arasında, həm də Ermənistanla birlikdə görüləcək çox iş var.

Bu gün, həmçinin, bu danışıqları davam etdirəcək İşçi Qrupunun fəaliyyətə başlamasını elan etməkdən məmnunam. Dövlət katibinin müavini Sonata Koulter bu işçi qrupuna rəhbərlik edəcək. Bu, ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının əsasını qoyacaq. Bu təşəbbüs, Azərbaycan və Ermənistan arasında tamhüquqlu sülh sazişinə doğru irəliləyişlə birlikdə, ikitərəfli münasibətlərimizi və tərəfdaşlığımızı daha da dərinləşdirəcək və Cənubi Qafqazın mühüm ticarət dəhlizi kimi potensialını açacaq”.

O qeyd edib ki, bu, hər iki xalq üçün imkanları genişləndirəcək və Prezident Trampın və Prezident Əliyevin liderliyi ilə bütün bu məsələlərin gerçəkləşdirilməsini təmin edəcək.

AzPost.az

Post navigation

Previous: Litva sabahdan Belarusla sərhədi açır
Next: Ərdoğan Zelenski ilə görüşüb

Oxşar xəbərlər

Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16

xƏBƏR

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
ABŞ nümayəndə heyəti İranla birbaşa danışıqlara qoşula bilər. Qətərin “Al-Araby Al-Jadeed” qəzeti Qətər və Pakistanın vasitəçilik səyləri...
Read more about ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir? abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.