Ukraynanın Ternopol bölgəsində hücumuda 32 nəfər ölüb

Rusiyanın bir neçə gün əvvəl Ukraynanın Ternopol bölgəsində hücumunda ölənlərin sayı 32 nəfərə çatıb.

Bu barədə Ukraynanın fövqəladə hallar nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün səhər saatlarına olan məlumata əsasən, Ternopolda həlak olanların sayı 32 nəfərə çatıb və onların arasında 6 uşaq var. 94 nəfər xəsarət alıb, onlardan isə 18 nəfəri uşaqlardır. 7 nəfər isə itkin düşmüş hesab olunur”, – Ukrayna fövqəladə hallar nazirliyi bildirib.

Əlavə edilib ki, nazirlik əməkdaşları fasiləsiz olaraq xilasetmə tədbirlərini həyata keçirir.

Xatırladaq ki, Rusiya ordusu noyabrın 19-da Ternopolda yerləşən yaşayış binasına hücum edib.

Çoxmərtəbəli binanın 3-dən 9-cu mərtəbəyə qədər olan hissəsi dağılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.