Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Bakıda binadakı yanğınla bağlı “Loft Dent” klinikasının direktoru saxlanılıb

User 23 Noyabr 2025 - 18:18 (Last updated: 23 Noyabr 2025 - 18:18)
bina yan

Baş Prokurorluğun Mətbuat xidməti paytaxtın Yasamal rayonunda yerləşən çoxmərtəbəli binada 3 nəfərin ölümü ilə nəticələnmiş yanğın faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə 1 nəfərin şübhəli şəxs qismində tutulmasına dair mediada yayılan məlumatları təsdiq edir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

“Bununla yanaşı, media nümayəndələri və ictimaiyyətə müraciət edərək bildiririk ki, zərərçəkmiş şəxslərin hüquqları nəzərə alınmaqla, ibtidai istintaqın gedişinə dair qeyri-rəsmi mənbələrdən əldə olunan və dəqiqləşdirilməmiş həssas informasiyaların paylaşılması cəmiyyət arasında çaşqınlıq səbəb olur, eləcə də istintaqın obyektivliyinə zərər vurur.

Bütün rəsmi və təsdiqlənmiş məlumatlar qısa zamanda yalnız Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təqdim olunacaq.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, ibtidai istintaqla bağlı məlumat yayarkən qanunvericiliyin tələbləri rəhbər tutulmaqla, yalnız rəsmi mənbələrə istinad etsinlər, hüquqi əsası və təsdiqi olmayan informasiyaların yayılmasına yol verməsinlər.

İctimaiyyəti bir daha əmin edirik ki, cinayət işi üzrə istintaq tam, obyektiv və qanun çərçivəsində aparılır, nəticələr barədə əlavə məlumat veriləcək”, – deyə Baş Prokurorluğun məlumatında qeyd olunub.

***

saat 16.34

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə əlaqədar “Loft Dent” klinikasının direktoru Paşayev Bəhruz Sahib oğlu şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib.

APA-nın xəbərinə görə, klinika həmin binanın zirzəmisində yerləşir.

Fakt Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya təsdiq edilib.

Bəhruz Paşayev həmin binanın zirzəmi qatında və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini müqavilə əsasında icarəyə götürüb.

Qeyd edək ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Yanğın nəticəsində 1984-cü il təvəllüdlü Samir Kamal oğlu Məhəmmədov, 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qəmbərli və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova dünyasını dəyişib.

AzPost.az

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: Ali Rəhbər Xameneiyə qarşı sui-qəsd hazırlanır –

Oxşar xəbərlər

turk jurnalist
  • Kriminal

Azərbaycanda türkiyəli köşə yazarı axtarışa verildi, cinayət işi açıldı –

User 16 Oktyabr 2026 - 16:20
xirdalan mek
  • Kriminal

Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi

User 16 Oktyabr 2026 - 09:25
qeza
  • Kriminal

Gədəbəydə sərxoş sürücü qəza törətdi –

User 14 Oktyabr 2026 - 15:47

xƏBƏR

ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

User 21 Oktyabr 2026 - 19:54
Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə...
Read more about Ərdoğan Prezident İlham Əliyevə zəng edib
Putin noyabrda ABŞ və Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib – AÇIQLAMA putin uitkof
  • Dünya

Putin noyabrda ABŞ və Ukrayna ilə danışıqlara hazır olduğunu bəyan edib – AÇIQLAMA

User 21 Oktyabr 2026 - 18:30
“Şahdəniz”də yeni mərhələ – Kompressiya layihəsi Azərbaycana nə qazandıracaq? Şahdəniz
  • Baş Yazı

“Şahdəniz”də yeni mərhələ – Kompressiya layihəsi Azərbaycana nə qazandıracaq?

User 21 Oktyabr 2026 - 18:14
Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
Putinlə Trampın xüsusi elçisi arasında görüş başa çatıb putin uitkof iclas
  • Dünya

Putinlə Trampın xüsusi elçisi arasında görüş başa çatıb

User 21 Oktyabr 2026 - 17:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.