Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Polisə Dəstək” İB Şabranda insan alverinə qarşı maarifləndirici tədbir keçirib

User 17 Noyabr 2025 - 16:50 (Last updated: 24 Noyabr 2025 - 14:04)
polis01

“Polisə Dəstək”İB Şabran rayonunun Heydər Əliyev mərkəzində “İnsan Alveri cinayətlərinə qarşı” maarifləndirici tədbir keçirib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Şabran rayonun Heydər Əliyev mərkəzində orta məktəbin yuxarı sinif şagirdləri və müəllimlərinin rayon ziyalılarının iştirakı ilə İnsan Alveri cinayətlərinin aradan qaldırılmasına dair maarifləndirici tədbir keçirilib.

Bu barədə “Polisə Dəstək” İB-nin mətbuat xidmətindən bildirlib.

 

Yığıncağı Şabran RİH-nin baş məsləhətcisi Turan xanım İskəndərova açmış, yığıncağın səbəbi ətrafında iştirakçılara məlumat verərək bildirmişdir ki, dünyada artıq insan alveri qurbanlarının səsləri eşidilir. Onlar görünməz zəncirlərlə bağlanmış cəmiyyətdən uzaqlaşdırılmış şəxslərdir.

Dünya miqyasında insan alverinin yeni formalara keçməsi, böhranlar, milli və dini zəmində baş verən münaqişələr fonunda artması müşahidə edilir. Bu artım hər birimizi güclü və koordinasiyalı hərəkət etməyə çağırır. Gücümüzü birlikdə bu sahəyə sərf etsək qarşısını  ala bilərik.

Sonra layihə ətrafında “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyev çıxış etmişdir.

O, İnsan alveri cinayətlərini insanların şüuruna, ümidinə, gələcəyinə,hüquq və azadlıqlarına, insan ləyaqətinə edilən qəsd kimi qiymətləndirmiş, qurbanların müdafiəsini hər kəsin insanlıq borcu kimi zəruri hesab etmişdir.

Şəmsəddin Əliyev bu cinayətlərə qarşı üç əsas amilə uyğun –profilaktika, maarifləndirmə və qurbanların cəmiyyətə inteqrasiyası üzrə yəni, Protection (qurbanların qorunması) və Prevention (qorunma) – faktorlarının effektiv strategiyasını  vurğulamış, müdafiə olmadan təqibin effektinin olmadığını, profilaktika aparılmadan da,  qurbanların sayının azalmayacağını iştirakçıların diqqətinə çatdırmışdır.

O, iştirakçılara konkret addımların atılmasının vacib elementləri barədə də məlumat vermişdir:

Qurbanları yardıma ehtiyacı olan şəxslər kimi tanımaq;

Risklərin azalması  məqsədilə uzaq bölgələrdə, məktəblərdə, iş yerlərində və onlayın platformalarda insan alverinin müxanizmləri haqqında davamlı təbliğat aparmaq, riskli işə qəbul praktikasına qarşı profilaktik tədbirlər həyata  keçirmək və vətəndaşların yardım xətlərindən xəbərdar etmək;

Məlumat və monitorinq qurbanların real statistikasını, istismarın növlərini izləmək  üçün güclü məlumat sistemləri lazımdır. Yalnız düzgün məlumat əsasında siyasət və mübarizə proqramlar, səmərə verəcək.

Layihə üzrə ekspert-qismində çıxış edən, hüquqşunas Aydın Kərimov qeyd etdi ki, insan alveri cinayətlərinin qurbanları bizdən təkcə yardım yox, həm də,  ədalətin bərpasını,   təhlükəsiz həyat sürmək üçün ikinci şans istəyirlər. Bizim öhdəliyimiz isə qurbanı qorumaq, qayğı ilə təqib etmək və gələcəkdə belə halların baş verməməsi üçün ümumi maraqlara cavab verən sistem yaratmaqdır. Bu iş isə hökumət, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar, biznes və hər bir fərdin birlikdə fəaliyyətini tələb edir.

Tədbirdə Şabran RPŞ-nin İctimai Təhlükəsizlik  Bölməsinin rəisi polis polkovnik-Leytenantı Hidayət Babayev, təçkilatın üzvü K.Sultanlı və digərləri insan alveri cinayətlərinin insanlıq ləyaqətinə zidd olduğunu, qurbanların yenidən cəmiyyətə qaytarması üçün  hər birimizin mənəvi və praktik məsuliyyət daşımaları barədə fikirlərini bildirmişlər.

Sonda cəmiyyətə mesaj olaraq – “İnsan alveri Transmilli Mütəşəkkil  Cinayətkarlığın ən təhlükəli cinayətlərindən və dünyanın qlobal problemi kimi XXI əsrdə də davam edir. Əşya kimi alınıb satılanlar,azadlığı məhdudlaşdırılanlar, ləyaqəti alçaldılanlar var.  Yalançı vədlər nəticəsində hüquq və azadlıqlar məhdudlaşır. İnsan alverçiləri həssas təbəqəyə malik insanları daha tez ələ alır, onları digər cinayətlərin törədilməsinə cəlb edir və bu yolla da kriminal biznes əldə edirlər.

Zorakılıqlardan, aldadılmaqdan və istismardan qurtulmaq üçün birlikdə insan alverinə qarşı mübarizə aparaq, gələcəyimizi qoruyaq!”- şuarını videoçarx kimi səsləndirilməsi tövsiyə edilmiş, sonda iştirakçıların sualları cavablandırılmışdır.

 

AzPost.az

Post navigation

Previous: Qubada hindistanlı Mansur Xanı maşın vuraraq öldürüb
Next: Ləğv olunmuş “Azadlıq” partiyasnın sədri Əhməd Oruc insult keçirib –

Oxşar xəbərlər

edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44
qeza astara
  • Sosial

Astarada mikroavtobusun təkəri partladı, maşın aşdı

User 11 Noyabr 2026 - 14:35

xƏBƏR

ktmt
  • Dünya

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib

User 11 Noyabr 2026 - 19:20
Ermənistan KTMT-nin bütün orqanlarında səsvermə hüququndan məhrum edilib. Bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun...
Read more about Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
Göy məsciddə bu tədbirin keçirilməsi vandalizmdir – QMİ qmi
  • Din

Göy məsciddə bu tədbirin keçirilməsi vandalizmdir – QMİ

User 11 Noyabr 2026 - 19:09
İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb ilham turk sefer
  • Siyasət

İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

User 11 Noyabr 2026 - 18:30
Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi erdoqan pasinyan
  • Dünya

Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi

User 11 Noyabr 2026 - 18:00
Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib ilham anta01
  • Siyasət

Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib

User 11 Noyabr 2026 - 17:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.