Rusiyada azərbaycanlı iş adamı Şahlar Novruzovun əmlakı müsadirə edilib

Rusiyanın Krasnodar diyarının Tuapse şəhərində azərbaycanlı iş adamı Şahlar Novruzovun əmlakı müsadirə edilib.

AzPost APA-ya istinadən xəbər verir ki, Kuban Arbitraj Məhkəməsi 900 milyon rubl məbləğində dələduzluğa cəhd ittihamı ilə həbsdə olan Azərbaycan əsilli Şahlar Novruzovun aktivlərini müsadirə edib.

Məhkəmənin qərarına əsasən, Novruzovun sahibi olduğu Tuapse Dəniz Limanının və TMKP Müəssisəsinin səhmlərinin 100%-i, Temryuk Yük Terminalı, “Dar Fruit” MMC-nin əmlakı dövlətin mülkiyyətinə keçib.

İstintaq hesab edir ki, aktivlər 1994-cü ildən başlayaraq qanunsuz əməliyyatlar yolu ilə dövlət mülkiyyətindən çıxarılıb. Məhkəmə həmin obyektlərin dövlət mülkiyyətindən çıxarılması ilə bağlı bütün əməliyyatları ləğv edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.