Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Gürcüstan 20 gündür Azərbaycan “TIR”larını gömrükdən buraxmır

Orkhan Ali 25 Noyabr 2025 - 18:20 (Last updated: 25 Noyabr 2025 - 18:10)
1
20 gündən artıqdır Azərbaycan yük maşınları Batumi və Tbilisi gömrük-keçid məntəqələrində saxlanılır.
AzPost xəbər verir ki, bu barədə “Report”a “TIR” sürücülərindən biri Aslan Kərimov məlumat verib.
Onun sözlərinə görə, problem yalnız tütün yükləri olan maşınlarda yaranıb, digərləri isə sərbəst buraxılır:
“Gürcüstan tərəfi yalnız bizim maşınları saxlayır, gürcü maşınları sərbəst keçir. Səbəb açıqlanmır və konkret cavab vermirlər. Gömrük qurumuna müraciət etmişik, amma bizə bildirilib ki, maşınlar Maliyyə Polisinin nəzarətinə düşüb. Halbuki maşınlar tranzit yük daşıyır və Avropaya gedirdi”.
A.Kərimov bildirib ki, maşınların buraxılmaması üçün heç bir məhkəmə qərarı yoxdur və onlar yalnız gömrük işçilərinin müşahidəsi altında saxlanılır. O qeyd edib ki, gömrük işçiləri sürücülərlə kobud davranır və suallara normal cavab vermirlər.
Azərbaycanın Batumidəki Baş konsulluğundan bildirilib ki, vəziyyətdən məlumatlıdırlar və məsələnin həlli istiqamətində iş aparırlar.
Azərbaycanın Gürcüstandakı səfirliyindən verilən məlumata görə, onlara yazılı ərizə ilə müraciət edilib və hazırda bu işlə məşğuldurlar.
“TIR” sürücüləri “Qafqazinfo”ya bildiriblər ki, yük sahibləri Azərbaycan maşınlarına yox, gürcü maşınlarına xeyir versin deyə Gürcüstan tərəfi qeyri-rəsmi inzibati tədbirlər həyata keçirir.

AzPost.az

Post navigation

Previous: Rusiyada azərbaycanlı iş adamı Şahlar Novruzovun əmlakı müsadirə edilib
Next: Nazirliyin qrant ayırdığı bağçalar qiymətləri artırdı

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

zelenski
  • Dünya

“Allah eləsin, müharibə başa çatsın… Açıqlamağa hazır olmadığım məsələlər var”- ZELENSKİ

User 13 Noyabr 2026 - 11:28
Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin başa çatdırılması ilə bağlı növbəti sülh danışıqlarının Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) və...
Read more about “Allah eləsin, müharibə başa çatsın… Açıqlamağa hazır olmadığım məsələlər var”- ZELENSKİ
Türkiyəli cinayətkar avtoritet Azərbaycanda saxlanıldı – FOTO turk vor zakon
  • Kriminal

Türkiyəli cinayətkar avtoritet Azərbaycanda saxlanıldı – FOTO

User 13 Noyabr 2026 - 11:16
Əsgər andiçməsindən sonra meyiti tapılan qoca ilə bağlı yeni detallar baba esger esas
  • Sosial

Əsgər andiçməsindən sonra meyiti tapılan qoca ilə bağlı yeni detallar

User 13 Noyabr 2026 - 10:20
Azərbaycanda bir gündə axtarışda olan 130 nəfər tutuldu DIN
  • Sosial

Azərbaycanda bir gündə axtarışda olan 130 nəfər tutuldu

User 13 Noyabr 2026 - 10:12
Bu günə olan valyuta məzənnələri valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 13 Noyabr 2026 - 09:37
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.