ABŞ-da Ağ ev yaxınlığındakı atışmadan sonra sərt çağırışlar

ABŞ paytaxtında Ağ evdən cəmi bir neçə yüz metr aralıda baş verən silahlı hücum hadisəsi ölkənin siyasi gündəmində kəskin reaksiyalara səbəb olub.

Azpost.info xəbər verir ki, Vaşinqtonda Milli Qvardiya hərbçilərinə edilən silahlı hücumdan sonra Texas ştatından olan respublikaçı konqresmen Brendon Gill hadisəyə sərt münasibət bildirib.

O, sosial şəbəkə üzərindən yaydığı açıqlamada baş verənləri ölkənin immiqrasiya siyasəti ilə əlaqələndirib və dərhal tədbir görülməli olduğunu deyib.

Konqresmen iddia edib ki, hücumda şübhəli bilinən şəxs “Əfqanıstan vətəndaşıdır”. Gill paylaşımında belə yazıb: “Biz ya bu vəhşi davranışlı şəxslərin kütləvi şəkildə ölkədən çıxarılmasına başlayacağıq, ya da oturub sivilizasiyamızın dağılmasına seyrçi qalacağıq.”

O, çıxışında yalnız tənqidlə kifayətlənməyib, təhlükəsizlik məsələlərinin həlli üçün kütləvi deportasiyaların zəruri olduğunu qeyd edib. Konqresmenin sözlərinə görə, hakimiyyətin hərəkətsiz qalması ölkə üçün ağır nəticələr yarada bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.